ELÇİBƏY İNSTİTUTUna Hafiz Hacıyevin REAKSİYASI

07:29 26-05-2021 | icon 217 | Siyasət
ELÇİBƏY İNSTİTUTUna Hafiz Hacıyevin REAKSİYASI

"Onun adına nəsə yaradırlar ki, kimlərdənsə pul qoparsınlar"

 

“Onlarda səmimilik olsaydı, Elçibəyi güdaza verməz, onu zəhərləyib öldürməzdilər”.

 

Versus.Az xəbər verir ku, bunu açıqlamasında Müsavat, Xalq Cəbhəsi (AXCP) və Xalq (AXP) partiyaları liderlərinin Elçibəy İnstitutu yaratmalarına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

 

Hafiz Hacıyev sözügedən partiya rəhbərlərinin Əbülfəz Elçibəyin adından sui-sitifadə etdiklərini bildirib:

 

“Mən onların səmimiliyinə qətiyyən inanmıram. Onlarda səmimilik olsaydı, Elçibəyi güdaza verməz, onu zəhərləyib öldürməzdilər. Onlar hər zaman onun-bunun kölgəsində yatan, qabiliyyətsiz, bacarıqsız adamlardır. İndi rəhmətliyi qoymurlar, o dünyada dinc yatsın. Mən Kərimov Əlinin, Qəmbərov İsanın heç bir səmimiyyətinə inanmıram. Onların danışdıqları hər şey yalandır. Əgər müxalifət olsaydılar, bu 30 ildə nəsə edərdilər".

 

MMP sədri qeyd edib ki, bu adamlar mərhum Elçibəyin nüfuzundan istifadə edərək, onun adına nəsə yaradırlar ki, kimlərdənsə pul qoparsınlar:

 

"Bunlar hamıya kələk gələn adamlardır. Heç onlardan danışmağa dəyməz, ölüblər, adlarını çəkib yada salmağa ehtiyac yoxdur”. /Yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb