Suqovuşanda elektrik xətlərinin çəklişi başa çatıb

09:39 26-05-2021 | icon 328 | İqtisadiyyat
Suqovuşanda elektrik xətlərinin çəklişi başa çatıb

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik xəttinin çəkilişi başa çatıb. 

 

“Azərişıq” ASC-dən Versus.Az-a verilən məlumata əsasən, bu gün qəsəbəyə elektrik enerjisi verilib. 

 

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işlər yekunlaşdırılıb. Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından yeni elektrik verilişi xətti çəkilib. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib. 

 

Bildirilib ki, Ağıllı Şəbəkə Konsepsiyası Suqovuşanla yanaşı işğaldan azad edilmiş digər ərazilərdə də tətbiq edilir.

 

İstifadə edilən müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə ənənəvi elektrik veriliş xəttinə nisbətən xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini dörd dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər bir kilometr elektrik xəttinin mühafizə zonasına görə beş dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir. 

 

Əlavə edilib ki, Tərtər rayonu Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilib. Gələcəkdə yarımstansiyada ikinci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hazırda yarımstansiyadan hərbi hissə elektrik enerjisi ilə təmin olunur.

 

Suqovuşan kəndinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb