Əzələ spazmından əziyyət çəkənlər nələri bilməlidir?

16:48 26-05-2021 | icon 509 | Sağlamlıq
Əzələ spazmından əziyyət çəkənlər nələri bilməlidir?

Nərminə Abbasova: “Bel və çiyinlər ən çox əzələ sıxılması rast gəlinən nahiyələrdir”

 

“Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və sair başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir”.

 

Əzələ spazmı ilə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA söhbət zamanı maraqlı nüanslara toxunub.

 

Nərminə Abbasova bildirdi ki, əzələ spazmı bir və ya daha çox əzələnizin qəfil və məcburi bir şəkildə daralmasıdır. Bu hal adətən özünü gecələr yuxudan oyananda və ya qəfil çarpayıda hərəkət etdikdə baş verir və güclü ağrıya səbəb olur. Həkimin sözlərinə görə, ümumiyyətlə zərərsiz olsa da, əzələ spazmı bundan müəyyən qədər təsirlənmiş əzələdən istifadəni müvəqqəti olaraq qeyri-mümkün edə bilər:

 

“Bel və çiyinlər ən çox əzələ sıxılması rast gəlinən nahiyələrdir. Şiddətli spazmlar insanı yuxudan oyada bildiyi kimi, həmçinin yeriməsini də çətinləşdirə bilər. Müəyyən əzələ qruplarında baş verə biləcək bu şəkildə əzələ sıxılmaları bütün bədənə təsir edə biləcək səviyyəyə belə çata bilir. Bəzi hallarda isə belə əzələ dartılması hallarına şişlik kimi əlavə şikayətlər də qoşula bilər. Bu kimi spazmlar bir neçə saniyə ərzində keçib gedə biləcəyi kimi bəzən 15 dəqiqəyə qədər də uzana bilir.

 

Əzələ sıxılmasının simptomlarından bəhs edən həkim-terapevt qeydetdi ki, əksər əzələ spazmları ayaq əzələlərində inkişaf edir. Həkim deyir ki, əzələ spazmı olduğu zaman qəfil kəskin ağrılardan əlavə, dərinin altında sərt bir əzələ toxuması hiss etmək və ya görmək olar:

 

“Uzun müddət idman və ya fiziki əmək, xüsusilə isti hava əzələ sıxılması şikayətlərinə səbəb ola bilər. Bundan əlavə bəzi dərmanlar və müəyyən tibbi şərtlər də əzələ spazmına səbəb olur. Xroniki hal almamış belə şikayətləri evdə özünüzə qulluq tədbirləri ilə müalicə edə bilərsiniz. Əzələ sıxılması əzələlərin həddindən artıq yorulması kimi keçici bir səbəbdən ola bildiyi kimi, həmçinin spazmların arxasında ciddi bir sağlıq problemi də ola bilər. Buna görə spazmların şiddətinin artdığı və daimi bir hala gəldiyi zaman mütləq bir mütəxəssis həkimə müraciət edilməlidir.

 

Nərminə xanım deyir ki, əgər spazmlar şiddətli narahatlığa səbəb olursa, ayaq şişməsi qızartı və ya dəri dəyişiklikləri ilə müşahidə edilirsə, əzələ zəifliyi ilə əlaqələndirilirsə, tez-tez baş verirsə, özünə qulluqla yaxşılaşmırsa, gərgin idmanla əlaqələndirilmirsə, bu zaman mütləq həkimə müraciət edilməlidir:

 

Əzələnin həddindən artıq istifadəsi, susuzlaşdırma, əzələ gərginliyi və ya sadəcə uzun müddət bir mövqe tutmaq əzələ spazmına səbəb ola bilər. Lakin bir çox hallarda bunun yaranmasının səbəbi məlum olmur. Əksər əzələ spazmı zərərsiz olsa da, bəziləri əsas tibbi vəziyyətlə əlaqəli ola bilər, məsələn:

Yetərsiz qan dövranıƏsasən idmanla məşğul olan insanlarda ayaqdakı qan axışının yetərsizliyi, son dərəcə şiddətli əzələ spazmlarına səbəb ola bilər. Həmçinin adi insanlar da yürüyüş edərkən, idman hərəkətləri yerinə yetirərkən və ya digər aktivitələrlə məşğul olarkən əzələ sıxılması ilə qarşılaşa bilərlər.

Sinir sıxılması. Onurğadakı sinirlərin sıxılması əzələ spazmının bir digər səbəbidir. Bu zaman ayaqlardakı ağrı şikayətləri uzun yürüyüş hallarında daha da ciddi formada hiss edilə bilər.

Mineral əksikliyi halı adətən uzun müddət dieta saxlayan insanlarda olur. Dietinizdə çox az kalium, kalsium, natrium və ya maqnezium qəbul etmək əzələ spazmı yarada bilər. Diuretiklər, yüksək təzyiq üçün tez-tez təyin olunan dərmanlar da qanda bu mineralların sayını azalda bilir.

Orqanizmin həddindən artıq su itirməsi əzələ sıxılmasına səbəb ola bilir. Bir çox şəxslərdə idman sonrası yaranan ağrıların səbəbi də məhz elə bununla əlaqəlidir. Bundan əlavə, isti və nəmli hava da dehidratasiya riskini artırdığı üçün spazmın səbəblərindən hesab edilir.

Orqanizmi ayaqda tutan əzələlərin gərilməsinə səbəb olan piylənmə də boyundakı əzələlərin spazmlarının başlıca risk faktorudur. Həmçinin şəkərli diabet, anemiya, zob, böyrək problemləri olan şəxslər də risk altındadırlar.

Eyni zamanda, onurğa xəstəlikləri, multipl skleroz, amiyotrofik skleroz kimi sinir sistemi xəstəlikləri çox zaman əzələ sıxılmaları ilə əlaqəli olmaqdadır”.

 

Nərminə xanım bildirdi ki, yaşlı insanlar getdikcə əzələ kütləsini itirirlər, buna görə də qalan əzələ kütləsində əzələ spazmının yaranması ilə daha çox əziyyət çəkə bilərlər. Bəzi insanlarda isə boyunda əzələ sıxılması olur. Yatarkən həddindən artıq yüksək və ya alçaq yastıqdan istifadə etmək, saatlarca masaüstü işlərdə və kompyuter arxasında işləmək və s. başqa səbəblərlə əlaqəli yarana bilir. Həkim deyir ki, bütün bu kimi hallar boyun əzələlərinin gərilməsinə və bu da həmin əzələlərin sinirlərə basqı etməsinə səbəb olur:

 

“Son nəticədə boyunda müəyyən ağrılar hiss edilməyə başlayır. Boyunu hərəkət etdirməkdə, hətta başınızı qaldırmaqda belə çətinlik çəkə bilərsiniz. Bu zaman müalicədə isti kompreslərdən istifadə oluna bilər. Əgər heç bir faydası görülməzsə, fizioterapevtik müalicə və ya əzələləri genişləndirmək üçün müəyyən ağrıkəsicilərdən istifadə oluna bilər.

Beldə əzələ sıxılmasına gəlincə, qeyd edim ki, hərəkətdə çətinlik, gücsüzlük, əzələlərdə gərginlik və sair başqa fərqli səbəblərdən meydana gələn əzələ spazmı bel və çiyin əzələlərinin yığılması ilə əlaqədardır. Bu cür spazmlar onurğa ətrafındakı sinir köklərinin gərilməsi səbəbinə səbəb olan yorğunluq, stress, depresiya kimi problemlər, uzun müddət hərəkətsiz qalmış onurğa əzələlərinin anidən hərəkət etdirilməsi kimi fərqli səbəblərdən yarana bilər. Bel əzələlərindəki spazmların müalicəsində isti kompreslərlə yanaşı həmçinin əzələləri boşaldacaq, genişləndirəcək bir sıra kremlərdən istifadə, bel və onurğa masajı, qidada kalsium və natriumun qəbulunun artırılması və sair başqa üsullar müsbət nəticə verə bilməkdədirlər.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova əzələ spazmından əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir