Ceyhun Bayramovun Aleksandr Şallenberqlə görüşü - AÇIQLAMA

08:16 27-05-2021 | icon 148 | Siyasət
Ceyhun Bayramovun Aleksandr Şallenberqlə görüşü - AÇIQLAMA

26 may 2021 ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq arasında görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazirlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıb, post-pandemiya dövründə ikitərəfli qitisadi əməkdaşlıq və biznes əlaqələrin canlandırılmasının əhəmiyyətini vurğulayıblar.

 

Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasəti, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı və ərazilərin işğaldan azad olunaraq, ölkənin ərazi bütövlüyünün təmin olunması barədə danışıb. O, həmkarına post münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri haqda məlumat verib. Bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlardan bəhs edilib.

 

İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistanla əlaqələrin normallaşdırılmasına hazır olduğu qeyd olunub.

 

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir