Nazir Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb

08:38 27-05-2021 | icon 169 | Siyasət
Nazir Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb

26 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir diaspor üzvləri ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ölkəmizin 30 ildə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə danışıb. Ermənistanın təxribatlarına cavab olaraq AR Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi fəxarətlə vurğulanıb.

 

Nazir Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

 

44 günlük Vətən müharibəsi dövründə diaspor üzvlərimiz tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Daha sonra nazir tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb, o cümlədən Azərbaycan və Avstriya arasında əməkdaşlığın inkişafı və bü xüsusda diaspor üzvlərinin rolu barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA