Küçə rəssamı Vatikanı məhkəməyə verdi

08:22 28-05-2021 | icon 162 | Maraqlı
Küçə rəssamı Vatikanı məhkəməyə verdi

Küçə rəssamı Alessia Babrou rəsm əsərini icazəsiz marka üzərində təsvir etdiyi üçün Vatikanın əsas poçt şöbəsini məhkəməyə verib. 

 

Bu barədə “Associated Press” xəbər yayıb.

Məlumata görə, rəssam 2019-cu ildə Vatikan yaxınlığındakı bir körpüdə İsa Məsihin təsvirini çəkib və əsəri öz inisialı ilə imzalayıb.

 

Bir il sonra qadın rəsminin Pasxa poçt markalarında istifadə olunduğunu görüb. Hər birinin dəyəri 1,15 avro olan marka 80 min tirajla çap edilib.

 

Rəssam heç kimin ondan buna görə icazə istəmədiyini və beləliklə də müəllif hüquqlarının pozulduğunu bildirib. Buna görə o, 130 min avro təzminat  tələb edir.Alessia Babrou həmçinin şikayətinin Katolik Kilsəsinə hücum olmadığını, sadəcə müəllif hüquqlarını qorumağa çalışdığını vurğulayıb.

 

Müəllif hüququ üzrə mütəxəssis Massimo Sterpi qeyd edib ki, ABŞ-ın və Avropanın əksər ölkələrində küçə sənətçilərinin müəllif hüquqları (əsər icazəsiz və ya özəl ərazidə yaradılsa belə) qanunla qorunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq