Kevin Stitt 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

08:26 28-05-2021 | icon 242 | Dünya
Kevin Stitt 28 may tarixini “Azərbaycan Respublika Günü” elan edib

ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə bəyannamə imzalayıb.

 

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının elan edildiyi və 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqilliyini bərpa etdiyi xatırlanır, müstəqil Azərbaycanın atdığı mütərəqqi addımlar vurğulanır və Azərbaycanın həm ABŞ, həm də Oklahoma ştatı ilə tərəfdaşlığı təqdir olunur.

 

2021-ci ildə Azərbaycanın Oklahoma ştatı ilə Ştat Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığının 18-ci ildönümümün tamam olduğu və Oklahoma Milli Qvardiyasının cəlb olunduğu bu tərəfdaşlığın iqtisadiyyat, neft, təbii qaz və kənd təsərrüfatı kim sahələri əhatə etdiyi qeyd olunur.

 

Həmçinin 2021-ci ildə Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığının 27-ci ildönümünü qeyd etdiyi və Azərbaycanın terrorçuluğa qarşı mübarizə məqsədilə ABŞ-a davamlı dəstək və yardım göstərdiyi vurğulanır. Bəyannamədə Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan birinci dövlət kimi qadınlara səsvermə hüququnu təmin etdiyi və bir sıra proqressiv tədbirlər həyata keçirdiyi qeyd olunur.

 

Azərbaycanın ABŞ ilə enerji təchizatının şaxələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi sahələrində birgə maraqlar bölüşdüyü diqqətə çatdırılır. Eyni zamanda Azərbaycanın sülh, rifah, təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiqliyi nəticəsində regionda lider dövlətə çevrildiyi və bu cür liderliyin müxtəlif sahələrdə imkanlar yaratdığı vurğulanır. Sonda bəyannamədə Azərbaycan Oklahomanın yaxın dostu, müttəfiqi və tərəfdaşı kimi xarakterizə olunur.

 

Azərbaycan 2003-cü ildən Oklahoma Milli Qvardiyası ilə Ştat Tərəfdaşlıq Proqramına malikdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın aidiyyəti qurumları ilə dialoq aparılır və NATO qüvvələri ilə uyarlılığın artırılması, fövqəladə halların aradan qaldırılması, tibbi imkanları genişləndirilməsi, kənd təsərrüfatı kimi sahələrdə təcrübə mübadiləsi və praktik layihələr həyata keçirilir.

 

2019-cu ildə Oklahomada Azərbaycanla kənd təsərrüfatı forumu keçirilib, 2020-ci ildə Oklahoma Ştat Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Azərbaycan tələbələrinin Oklahomada ştat-daxili qiymətlərlə təhsilinə imkan yaradan birgə proqram təsis edilib. Hazırda Oklahoma ilə bərpa olunan enerji mənbələrindən istifadə, kənd təsərrüfatı, o cümlədən taxılçılıq və maldarlıq kimi sahələrdə əlavə əməkdaşlıq, eyni zamanda Oklahoma şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası layihələrinə cəlb olunması imkanları nəzərdən keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA