Rəsulzadə niyə Topçubaşovdan üz döndərmişdi?

13:53 28-05-2021 | icon 294 | Cəmiyyət
Rəsulzadə niyə Topçubaşovdan üz döndərmişdi?

Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşəcək.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edəcək.

 

Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.

 

Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir. 

 

“Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışacaq.

 

“Yüz ilin adamları” proqramını Hüseyn Cavadzadənin təqdimatında may ayının 28-i saat 21:30-da AzTV-də izləyə bilərsiniz.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir