Deputat yeni nəsil aydını və gənc fəallarla görüşüb

14:27 28-05-2021 | icon 339 | Cəmiyyət
Deputat yeni nəsil aydını və gənc fəallarla görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Xalq artisti Əlixan Səmədov, "Ozan dünyası" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, "BengüTV"nin "Azərbaycan Rüzgarı" proqramının aparcısı Səidə Ömər, "Ekmən Hüquq və Danışmanlıq" şirkətinin qurucu-başçısı Səidə Ekmən, "Dünya Bankı"nın tərcüməçisi Aida Özbək, şairlər - Akif Əhmədgil, Şəhriyar del Gerani, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, kliniki psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, "Loqos"un əməkdaşı Tural İsaqov, ictimai fəal gənclər - Səbinə İsmayılova, Tural Qəlbinur, Allahverən Pərvizoğlu ilə Mədəniyyət Komitəsində görüşüb. Ziyalılarla Azərbaycan həqiqətlərinin təbliği, Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid, Şuşanın Mədəniyyət Paytaxtı elan olunması, Nizami İli və b. vacib istiqamətlərdə fikir mübadiləsi aparılıb.

 

Q.Paşayeva ziyalılara və gənc fəallara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Ziyalılar, gənc fəallar səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb