Zelenski İlham Əliyevi Kiyevə dəvət edib

18:18 28-05-2021 | icon 215 | Siyasət
Zelenski İlham Əliyevi Kiyevə dəvət edib

Ukraynanın Prezidenti Vladimir Zelenski 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təbrik məktubu göndərib. 

 

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

 

Ukrayna dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı, Ukrayna və Azərbaycan xalqları arasındakı ənənəvi möhkəm əlaqələri, habelə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün göstərilən qətiyyəti yüksək dəyərləndirir.

 

Bizim dövlətimiz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Əminəm ki, hər bir azərbaycanlı bu məqsədin gerçəkləşməsi yolunda qəti liderliyinizi dəstəkləyir.

 

İnanıram ki, Ukrayna və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək və dövlətlərimizin xalqlarının rifahı naminə yeni nailiyyətlərlə zənginləşəcək.

 

Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq.

 

Cənab Prezident, məsuliyyətli ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq