“Elə bir qurum yoxdur ki, ölkəmiz ora dəvət edilməsin”

20:38 25-05-2021 | icon 38 | Siyasət
“Elə bir qurum yoxdur ki, ölkəmiz ora dəvət edilməsin”

Qabil Hüseynli: “Azərbaycan hələ bu quruma qoşula bilməz”

 

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapılarının Azərbaycan da daxil olmaqla hər kəsə açıq olması siyasi müstəvidə yeni gündəm yaradıb. Rusiya rəsmisinin bəyanatında Azərbaycanın bu təşkilata inteqrasiyası üçün ilk növbədə Ermənistanla diplomatik münasibətlər qurulması zərurəti önə çəkilir və gec-tez buna gediləcəyini deyir. Ümumiyyətlə, Azərbaycanın KTMT yə qoşulması bizə nə verə bilər.

 

Bu, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyəyə qaldırmağı, türk hərbi standartları və NATO səviyyəsində yeni bir ordu yaratmağı hədəfləyən Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur. Azərbaycanın KTMT-yə qoşulması bizə nə verə bilər?

 

Versus.az xəbər verir ki, politoloq Qabil Hüseynli şərhində bildirib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması özündən çox Rusiyanın strateji maraqlarına uyğundur.

 

Onun fikrincə, Azərbaycan hələ Rusiyanın NATO-ya alternativ kimi formalaşdırmağa çalışdığı bu quruma qoşula bilməz. Bu heç də Azərbaycan üçün xeyirli vədlər vermir. Ona görə də “bu, Azərbaycanın strateji maraqlarına cavab verirmi”, sualına cavab vermək çətindir:

 

 

 

“Bu gün Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa heç cür imkanı yoxdur. Çünki o, Qoşulmama Hərəkatının sədridir. Bu sədrlik müddətinin bitməsinə isə 2 ilə yaxın vaxt qalıb. Həm də ona görə ki, Qoşulmama blokina daxil olan ölkə başqa bir təşkilata qoşula bilməz”.

 

Politoloq digər bir tərəfdən hesab edir ki, Yervanla Azərbaycan arasınada diplomatik münasibətlərin yaradılması o qədər də asan görünmür. Çünki Ermənistan kapitulyasiyaya imza atsa da, götürdüyü öhdəlikləri yerinə yetirmir, üstəlik Rusiya bu məsələ ilə bağlı sülhməramlıların fəaliyyəti müstəvisində Ermənistana təsir göstərmir:

 

“Sərhədlərin demorkasiyası, bəzi torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və sair məsələlər həll olunmalıdır. Ondan sonra sülh sazişi imzalana bilər və bundan sonra iki ölkə arasında tədricən diplomatik münasibətlər qurula bilər. Amma zənimcə, Azərbaycanın strateji üstünlüyü Türk Şurasının möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycan Türk Şurasının sədridir. Azərbaycan Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində xeyli cəhdlər edir. Bu gün Türk Şurası genişlənməkdədir və öz sırasına yeni-yeni üzvlər qəbul etməkdədir. Yaxın gələcəkdə Azərbaycanın xarici strategiyasının istiqamətləri Türk Şurası Birliyinin yaradılması, bu birliyə digər türk ölkələrinin qəbul edilməsini hədəfləyib.  Hətta Rusiyanın özündə olan böyük türk millət və xalqları var ki, onlar da Türk Şurasına daxil ola bilər. Məsələn, Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Burvatıya, Altay Resbubluikası, Qaraçərkəz, Kalmıkıya, Tula və bir neçə adını çəkmədiyim Rusiyada olan muxtar respublikalar. Vaxtı gəldikcə onlar da  böyük Türk Dünyasının, Turanın formalaşdırılmasının iştirakçıları olacaqlar. Ona görə də biz çox hay-küy qaldırmadan müəyyənləşdirdiyimiz strategiyaya doğru getməliyik”.

 

 

 

 

“Azərbaycan hansı təşkilatlarla əlaqələr quracağını özü müəyyənləşdirəcək”

 

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanın geosiyasi nüfuzuna, Prezidentin diplomatiyada qazandığı uğurlarına görə elə bir qurum yoxdur ki, ölkəmiz ora dəvət edilməsin.

 

Onun fikrincə, bu mənada Rusiya rəsmisinin belə fikir deməsi təsadüfi deyil:

 

“Rusiya rəsmisi bu gün KTMT-nın qapılarının açıq olduğunu deyir. O təşkilatın qapıları çoxdan açıqdır və Rusiya artıq xeyli vaxtdır ki, Azərbaycanı o quruma dəvət etmək istəyir. Çünki Azərbaycanın regionda yüksək iqtisadi potensialı var. Yəni erməni dövləti kimi dilənçi deyil”.

 

Bütün bunlarla yanaşı Ş.Ramaldanov qeyd edir ki, Azərbaycanın müstəqil siyasəti var və gələcəkdə hansı təşkilatlarla əlaqələr quracağını özü müəyyənləşdirəcək:

 

“Prezident İlham Əliyevin bu məsələdə də müdrik qərar qəbul edəcəyinə inanıram. Burda Türkiyə, NATO faktoru da var. Hələlik isə Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın öz siyasətində hansı seçimi edəcəyi barədə fikir söyləmək hələ tezdir”.

 

Ekspert bildirib ki, bu gün hələ ki, Azərbaycan o təşkilata can atmır:

 

“Eyni zamanda, Azərbaycanın bütün dünya dövlətləri, təşkilatları ilə əlaqləri var. O cümlədən Azərbaycan Ermənistana qonşuluq münasibətləri təklif edir. Əgər Ermənistan sülh barışığına gəlib revanşist iddialarından əl çəkərsə, diplomatik münasibətlərdə müsbət gediş ola bilər. Hələlik isə əsas odur ki, biz işğalçını öz torpaqarımızdan qovduq, ərazilərimizi təmizlədik”. /həftə içi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb