Razi Nurullayevdən Əlisa Nicatla bağlı SOS

08:48 29-05-2021 | icon 397 | Cəmiyyət
Razi Nurullayevdən Əlisa Nicatla bağlı SOS

“O da digərləri kimi kasıbçılıq və ehtiyac içində dünyasını dəyişməsin

 

"Yazıçı, filosof, mütəfəkkir, canlı əfsanə olan Əlisa Nicatın artıq 85 yaşı var. Yaşadığı ev də yaxşı vəziyyətdə deyil. Ayda 250 AZN ilə dolanır". 

 

Versus.Az xəbər verir ki, bunu Əlisa Nicatın güzəranı ilə bağlı narahatlıq keçirərək şəxsi “facebook” hesabında həyəcan təbili çalan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.

 

Qeyd edək ki, MCP-çilər Ə.Nicatı partiyanın ofisinə dəvət edib, qayğıları ilə maraqlanıblar. R.Nurullayev MCP-nin imkan daxilində Ə.Nicata maddi kömək göstərdiyini də vurğulayıb:

 

“Amma bu ziyalı belə yaşamalı deyil. Əlisa Nicat niyə Prezident təqaüdü almaq üçün təqdim edilməyib? Gərək kimlərinsə qabağında yaltaqlıq etsin, qəbullarda boynunu büksün? 85 yaşında belə, yazıb yaradır. O, ölkəmizin həqiqi filosofudur. Hansı ölkədə bu çəkidə adam olsaydı, NOBEL mükafatı alardı. İki yeni kitabı da işıq üzü görüb”.

 

Hər kəsi Əlisa Nicata sahib çıxmağa çağırış edən deputat ona təqaüd verilməsi ilə bağlı məsələni aidiyyatı qurumlar qarşısında qaldıracağını qeyd edib:

 

“Çalışacam ki, buna tez nail olaq. Amma o zamana kimi Əlisa Nicata kömək etməyinizi istəyirəm. Qoy o da Frans Kafka, Amedeo Modilyani, Edqar Po, Antonio Qaudi, Emili Dikenson, Betxoven, Rembrandt, Vinsent Van Qoq, Oskar Uayld, Fridrix Nitşe və digərləri kimi kasıbçılıq və ehtiyac içində dünyasını dəyişməsin. Öləndən sonra qızıldan heykəl qoysan belə, kimə lazımdır o heykəl? Ramiz Rövşən demişkən

...gilası mürəbbə quzunu kabab,

Şairi heykəl tək xoşluyan adam.

 

Gəlin ziyalılarımızı daş heykəl tək xoşlamayaq. Laqeyd qalmayın, bu ölkənin evini yıxan məsələlərdən biri laqeydlik, biri də yaltaqlıqdır”.

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq