Daha bir metrostansiyanın tikintisinə hazırlıq başladı

13:08 31-05-2021 | icon 164 | İqtisadiyyat
Daha bir metrostansiyanın tikintisinə hazırlıq başladı

Şərti adı “B4” olan metrostansiyanın inşası ilə bağlı ilkin hazırlıq mərhələsinə başlanılıb. 

 

Versus.Az xəbər verir ki, bu barədə bu gün keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

 

O bildirib ki, burada ən müasir inşaat üsulundan istifadə ediləcək:

“İnşa prosesi zamanı divarlarda qrunt üsulundan istifadə ediləcək. Bu metodun ən böyük üstünlüyü məhdud ərazidə maksimum keyfiyyətli iş prosesinə zəmin yaradır. Tikinti ərazisində müvafiq “svay”ların vurulması ekoloji cəhətdən təmizliyi təmin edəcək. Eyni zamanda qatarların hərəkəti zamanı ətrafa yayılan səsi maksimum dərəcədə azaldacaq”.

 

Qeyd edək ki, şərti adı “B4” olan metrostansiya Cəlil Məmmədquluzadə küçəsi, H.Əliyev adına İdman Kompleksinin arxasında inşa ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir