“Bu səfərlər ərazilərimizdə yenidənqurma işlərinin sürətlənəcəyinin təsdiqidir”

13:29 31-05-2021 | icon 154 | Siyasət
“Bu səfərlər ərazilərimizdə yenidənqurma işlərinin sürətlənəcəyinin təsdiqidir”

Səbinə Xasayeva: “Bu şəhər və kəndlərimiz ulu öndərin ideyalarına böyük sədaqətlə yenidən qurulacaq”

 

“Azad edilmiş əra­zi­lə­ri­mizdə şəhərlər, kəndlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəh­bər­liyi ilə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarına böyük sədaqətlə, azərbay­can­çı­lı­ğın qüdrətilə yenidən qurulacaq. Ağdam da yenidən qurulacaq, yenidən gözəlləşəcək...”

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva Prezident İlham Əliyevin Ağdama səfərini şərh edərkən deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş əra­zi­lərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlənəcəyini ifadə edir:

 

“Ölkə baş­çı­sı­nın mayın 28-də Ağdam rayonuna səfəri bunun təsdiqidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın nəyə görə münaqişənin sülh yolu ilə həllindən ya­yındığını bir daha ictimaiyyətin diqqətinə çatdırıb. Prezident faktları əyani olaraq göstərərək,  Baxın, Ağdam şəhərinə qədər düşmənin bir neçə mü­dafiə xətti var idi. Azərbaycan ordusu bu sədləri darmadağın etdi”- deyə, bir daha bəyan edib”.

 

S.Xasayeva eyni zamanda qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə səfərlərində səfirliklərin rəsmiləri, ayrı-ayrı media nüma­yən­dələri erməni vəhşiliyinin mahiyyətini dərindən dərk etdilər. Gördülər ki, erməni vandalizmi bəşərə qarşı yönələn düş­mən­çilikdir:

 

“Əks-hücum əməliyyatı kimi başlayan, Ali Baş Komandanın döyüş əmri ilə Vətən müha­ri­bəsi kimi davam edən döyüşlərdə Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Beynəlxalq təş­ki­lat­ların illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. 2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi. Dünyanın aparıcı dövlətləri Azərbaycan Respubli­ka­sı­nın Prezi­den­ti Cənab İlham Əliyevin Mü­zəffər sərkərdəliyi ilə Vətən müharibəsində torpaq­la­rı­mızı iş­ğal­dan azad edən Azərbaycan Ordusunun qüdrətinə heyrətləndi. Bəziləri sevgidən, bəziləri gözgötürməzlikdən.

Ölkə başçısının sərəncamı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm “Xarıbülbül” fes­tivalı keçirildi. Bu festival azərbaycançılığın qüdrəti kimi izlənildi. Festivalda ölkə başçımız dedi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qar­daş­lıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Deptat bu fikirlərin Azərbaycanın tolerant dövlət olduğunun təsdiqi kimi dərk edildiyini önə çəkib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb