Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi vətəndaş qismində yaşaya bilərlər - Komitə sədri

15:16 31-05-2021 | icon 117 | Siyasət
Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi vətəndaş qismində yaşaya bilərlər - Komitə sədri

Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi ölkə vətəndaşları qismində yaşaya bilərlər.

 

Versus.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.

 

O bildirib ki, Azərbaycan dəfələrlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni sakinlərinin inteqrasiyasına hazır olduğunu vurğulayıb:

 

"Ermənilər münaqişəyə qədər olduğu kimi Azərbaycan vətəndaşları kimi ölkəmizdə yaşaya bilərlər. Onlar digər ölkələrdə, Rusiya, Fransa, ABŞ-da olduğu kimi Azərbaycanda yaşaya bilərlər. Amma, məsələn, Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Fransa Marseldə daha bir erməni dövləti yaratmalıdır. Azərbaycanda 50-dən çox milliyət və xalq yaşayır və bu baxımdan heç bir problem yoxdur".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb