"Dövlətin mülkiyyətində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməlidir"

16:59 31-05-2021 | icon 116 | Siyasət
"Dövlətin mülkiyyətində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməlidir"

 “Hökumətin hesabatında demişdim ki, bizim 2020-ci ildə hökumətin fəaliyyətini tənqid etməyimiz düz olmazdı”.

Bu barədə deputat Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, 2020-ci ildə həqiqətən çox böyük sınaqlarla üz-üzə qalmışıq və bu sınaqlardan üzüağ çıxmışıq: “Bilirik ki, dövlət pandemiyada avadanlıqlar, dərman, vaksin alıb və çalışıb ki, pandemiyadan az itkilərlə çıxsın. 2020-ci ildə manatın kursu sabit saxlanılıb. Müharibə dövründə ordu silah-sursatla layiqincə təchiz olunub. Hətta pandemiya dövründə iş yerlərinin qapanması ilə əlaqədar olaraq insanlara yardım da göstərilib. Düzdür, bəzi dövlət məmurlarının səriştəsizliyi üzündən bu yardımların çatdırılmasında müəyyən nöqsanlar olub. Amma ümumən insanlara, sahibkarlara yardım edilib. Buna görə də, hesab edirəm ki, hökumət pandemiya ilə mübarizədən və müharibədən üzüağ çıxıb. Bu məsələdə Maliyyə Nazirliyinə də xüsusi təşəkkür düşür. Amma bununla yanaşı qeyd eləmək istəyirəm ki, Hesablama Palatasının rəyində çox ciddi məsələlər vurğulanır ki, onların üzərinə getmək və o problemləri həll etmək lazımdır. Mən hər dəfə məsələ qaldırıram ki, Hesablama Palatası rəyinin sonunda təkliflər verir. Həmin təkliflər həm hökumət tərəfindən öyrənilməli, həm də Milli Məclisə məruzə olunmalıdır. Hesablama Palatasının özü tərəfindən də Milli Məclisə məlumat verilməlidir ki, onun təkliflərinin hansı hissəsi hökumətlə müzakirə olunaraq nəzərə alındı, hansı hissəsi isə müzakirə olundu, amma nəzərə alınmadı və niyə nəzərə alınmadı. Bundan başqa yeni büdcə gəlir. Büdcə ilə əlaqədar olaraq hər dəfə məsələ qaldırırıq ki, büdcə sistemi haqqında qanuna görə dövlət investisiya proqramına daxil olan layihələrin siyahısı Milli Məclisə təqdim olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu siyahı təqdim olunmur. Biz bilirik ki, əsil problemlər hardadır? Problemlərdən biri odur ki, tenderlər formal həyata keçirilir. Orada həqiqi tender, həqiqi yarışma olmur. Biz bilirik ki, ayrılan vəsait faizlərlə bəzən müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülür. Bunun qarşısını almaq üçün hansı effektiv metodlar nəzərdə tutulur? Qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş digər inzibati qərarların qəbul olunmasına qədər. Bundan başqa Hesablama Palatası çox geniş bir rəy verir. Bu rəyi hamının oxuması qeyri mümkündür. Ona görə də, rəylə yanaşı, düşünürəm ki, həm cənab Prezidentə, həm Baş nazirə rəy əsasında 3-4 səhifəlik bir arayış da hazırlanmalıdır. Bu arayışda Hesablama Palatası xüsusilə nəyi vacib hesab edirsə həmin məsələlərə xüsusilə diqqət yetirlməli və sistemləşdirilməlidir. Mən, demirəm ki, digər məsələlər az əhəmiyyətlidir. Amma daha əhəmiyyətli məsələlər arayış formasında ayrıca təqdim olunmalıdır ki, onunla əlaqədar olaraq tədbirlər görülsün.

Biz büdcəni müzakirə edəndə, hökumətin hesabatını dinləyəndə, büdcənin icrası ilə bağlı məsələni müzakirə edəndə hamımız daxilən əmin oluruq ki, ölkədə iqtisadi islahatlar dərinləşdirilməlidir.

Dövlətin mülkiyyətində olan inhisarçı şirkətlər bölünüb, özəlləşdirilməlidir. Xidmət sahələri ya özəlləşdirilməlidir, ya da uzun müddətə icarəyə verilməlidir. Biznes mühiti üçün əlverişli şərait yaradılmalıdır. Mən sizə tam əminliklə deyirəm ki, qanunlarda əks olunan vəziyyətlə real vəziyyət fərqlidir. Hökumət bununla bağlı araşdırma aparmalıdır və tədbirlər görməlidir. Konkret olaraq bir misal deyirəm. Məsələn, sahibkarlar torpaqların təyinatını dəyişdirilməsi ilə bağlı çox əziyyət çəkirlər. Amma bir il ərzində Bakı kəndlərinin ətrafında nə qədər təyinatı dəyişdirilməmiş pay topaqlarında fərdi yaşayış evləri tikilib. Əslində vəzifəli şəxs qanuni vəzifəsini yerinə yetirməmək üçün rüşvətxorluğa geniş imkanlar yaradır”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb