"Teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilsin"

18:01 31-05-2021 | icon 137 | Siyasət
"Teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilsin"

Qənirə Paşayeva: "Bu həm bizim, həm də sənətsevərlərin xahişidir"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məclisin bu gün keçirilən plenar iclasında teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, millət vəkili seçicilərin, mədəniyyət işçiləri, teatr xadimləri, gənclər, ümumən əhali arasında teatr və toylarla bağlı istəklər, müraciətlər, xahişlər olduğunu söyləyib:

 

“əlbəttə, "COVİD19" pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır; ayrı-ayrı fəaliyyət sahələrindəki yumşalmalar hamısı müvafiq qaydalara əməl etməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir. Digər tərəfdən, insanlarımız çox xahiş edir ki, açıq havada, məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın - az sayda iştirakçı ilə açıq havada və uyğun qaydalara riayət etməklə toy etmək olar”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir