"Bu qədər narazılıq yığılıb sonda partlayışa səbəb olacaq"

18:59 31-05-2021 | icon 183 | Siyasət
"Bu qədər narazılıq yığılıb sonda partlayışa səbəb olacaq"

Hafiz Hacıyev: "Müstəqim Məmmədov elə bu gün vəzifədən azad edilərək həbs olunmalıdır"

 

Bu gün sosial şəbəkələrdə Tərtərin icra başçısı Müstəqim Məmmədovla bağlı videogörüntü yayılıb. Kadrlardan icra başçısının vətəndaşla kobud rəftar etdiyi aşkar şəkildə sezilir. Dövlət başçısının dəfələrlə xəbərdarlıq etməsinə, hüquq mühafizə orqanlarının sərt tədbirlər görməsinə baxmayaraq, yerli icra strukturlarına rəhbərlik edən şəxslər hələ də vətəndaşlarla münasibətlərdə kobudluq etməkdən çəkinmirlər.

 

Maraqlıdır, icra başçıları edilən xəbərdarlıqlardan niyə nəticə çıxarmırlar?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, bu şəxslərin hamısı Ramiz Mehdiyevin kadrlarıdır:

 

“Bu gün Müstəqim Məmmədov kimilər dövlət başçısının gördüyü işlərə kölgə salmaq üçün min bir hoqqadan çıxırlar. Onlar milləti, xalqı dövlətdən narazı salmaq üçün hər cür yola əl atırlar. Cənab Prezident dəfələrlə, “Sizi göndərirəm, gedib xalqın xidmətçisi olun” -deyib, bunlar isə xalqın xidmətçisi yox, xalqı soyan tərəf olur.

Mən də həmin videoya baxmışam, onlar cinayətkardır deyə insanlara şəkil çəkməyə imkan vermirlər. Təhlükəsizlik orqanları nə qədər onların qoluna qandal vursa da, faydası yoxdur, görünür, bunların arxasında dayanan adamlar onlara “qorxmayın, həbsxanada yaxşı yaşayacaqsınız, işlərinizi oradan idarə edəcəksiniz” deyirlər”.

 

Partiya sədri davranış qaydalarını bilməyən, rüşvət və korrupsiyaya meyil edən məmurların təcili həbs edilməli olduğunu vurğulayıb:

 

“Bu baş vermədikcə, millət dövlətdən narazı qalır. Prezidentin sonuncu çıxışlarını dinləyib nəyi necə etməli olduqlarını öyrənsinlər. Onlar verilən tapşırıqları yerinə yetirmir, saymamazlıq edirlər. Çünki ümid yerləri var. Hər halda məsələ ciddi şəkildə lazımi yerə çatdırılmalıdır. Camaatı bu qədər narazı salmaq olmaz. Çünki dama-dama göl olur. Bu qədər narazılıq yığılıb sonda partlayışa səbəb olacaq. Dövlət başçısının əleyhinə gedən adamın o vəzifədə nə işi var? Bu baxımdan Müstəqim Məmmədov elə bu gün vəzifədən azad edilərək həbs olunmalıdır. Var-dövləti də xalq üçün xərclənməlidir. “Oğru məmurlar” Fondu yaradılmalıdır, məmurlardan toplanan vəsait oraya köçürülüb qazilərimizə, şəhid ailələrinə, müharibə veteranlarına, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinə sərf edilməlidir”. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb