Atasını öldürərək ürəyini yeyib

07:13 01-06-2021 | icon 171 | Maraqlı
Atasını öldürərək ürəyini yeyib

Brazilida Pedrinyo Matador kimi tanınan silsilə qatil öz cinayətlərindən danışıb.

 

Onun qanlı həyat hekayəsini “Daily Star” nəşri gündəmə gətirib.

 

Əsl adı Pedro Rodriqes Filyu olan qatil 1973-cü ildə həbs olunaraq 126 illik həbs cəzasına məhkum edilib. Təkcə həbs müddətində o, 47 məhbusu öldürüb və buna görə daha bir neçə yüz il həbs cəzası alıb. Buna baxmayaraq, Pedrinyo 2007-ci ildə azadlığa buraxlıb. Lakin bir müddət sonra yenidən qanunu pozaraq, həbs edilib.

 

2018-ci ildən etibarən, silsilə qatil tam sərbəst şəkildə Moqi-das-Kruzeş bələdiyyəsində yaşayır və sakit həyat tərzi keçirir.

 

Bədənində “Mən öldürməyi sevirəm” yazılı tatusu olan 66 yaşlı Matador nadir hallarda öz cinayət əməlləri barədə danışır:

 

“Məh 42 il həbsdə yatmışam. İlk cinayətimi 13 yaşında törətmişəm, əmim oğlunu qənd hazırlamaq üçün presləyici dəzgahın altına itələmişəm. Bir il sonra isə bələdiyyə sədri və onun cangüdənini güllələmişəm. Həbsdə olarkən mənimlə eyni həbsxanada yatan atamı da öldürmüşəm. Ona 22 dəfə bıçaqla zərbə vurduqdan sonra sinəsini yarıb, ürəyini çıxarıb bir hissəsini kəsərək ağzıma atıb çeynəmişəm”.

 

O, daha heç kimi öldürmək istəmədiyini, yalnız özünə və ailə üzvlərinə təhlükə olduğu halda cinayətə əl ata biləcəyini deyir.

 

Polisin məlumatına görə, Filyunun hesabında 100-dək qətl hadisəsi var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir