32 illik həbsdən sonra günahsız olduğu ortaya çıxdı

07:30 01-06-2021 | icon 383 | Maraqlı
32 illik həbsdən sonra günahsız olduğu ortaya çıxdı

Ömürlük həbsə məhkum olan və bu müddətin 32 ilini həbsxanada yatan amerikalının günahsız olduğu ortaya çıxıb.

 

Bu barədə “The Detroit News” xəbər yayıb.

 

Məlumata görə, Gilbert Li Pul 1988-ci ildə Miçiqanda Robert Mexia adlı birini öldürməkdə təqsirli bilinib. 1989-cu ildə məhkəmə 22 yaşlı Pulu şərti azadlıq hüququ olmadan ömürlük həbsə məhkum edib.

 

Hökm Pulun sevgilisinin yalan ifadələri əsasında və Mexianın meyitində Gilbertin diş izinin qaldığını iddia edən stomatoloq-ekspertin iddiaları əsasında verilib.

 

Keçmiş sevgilisinin iddialarını Pul istintaqa qədər də rədd edib, diş izi isə günümüzdə  elmi cəhətdən  birbaşa sübut sayılmır. Bundan əlavə  şahidlər qətldən əvvəlki gecə Mexianı özünü aqressiv aparan və bıçaqla silahlanan naməlum bir şəxslə gördüklərini deyiblər. Lakin məhkəmə toplanan dəlilləri hökm oxumaq üçün kifayət hesab edib.

 

Məhkəmədən sonra DNT analizi cinayət yerində Pulun izinin olmadığını göstərsə də, 80-ci illərin sonunda  belə araşdırmaların nəticələri istintaqda baxılmırdı.

 

Pulun azadlığı uğrunda mübarizə təqribən 10 il əvvəl başlayıb.

 

 

“The Innocence Project” təkrar DNT analizi üçün icazə ala bilib. Analizin nəticələri göstərdi ki, bəzi qan nümunələri nə Pula, nə də Mexiaya aidir.

 

Cari ilin may ayının sonunda Oklend dairə məhkəməsinin hakimi Gilbert Li Pulun ömürlük həbsini ləğv edib və elə həmin gün buraxılması barədə qərar verib.

 

Pul həbsxanada olduğu müddətdə onun atası, anası və qardaşı ölub. Lakin keçmiş məhkum onun azadlığı uğrunda mübarizə aparan vəkilləri özünün yeni ailəsi hesab etdiyini deyib.

 

Hazırda Pul müasir həyata öyrəşməyə çalışır. O, heç bir zaman əlində mobil telefon tutmadığını etiraf edib və avtomobilin sükanı arxasına yenidən əyləşməyə qorxduğunu deyib.

 

Qeyd edək ki, Miçinqan ştatının qanunvericiliyinə görə, təqsirsiz yerə saxlanılan şəxsin hər ili üçün 50 min dollar (85 000 manat) təzminat ödənilməlidir. Beləliklə  Pul 1,6 milyon dollar (2.7 milyon manat) təzminat ala bilər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir