Türkiyə Azərbaycanda baza qura bilər...

10:32 01-06-2021 | icon 148 | Siyasət
Türkiyə Azərbaycanda baza qura bilər...

Fərhad Mehdiyev: "Bu gün bir çox NATO ölkəsinin başqa ölkələrdə hərbi bazası mövcuddur"

 

Qoşulmama Hərəkatı (QH/NAM) Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasına maneə deyil. Təşkilat öz üzvlərindən sadəcə hərbi bloklara qoşulmamağı tələb edir.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

 

O bildirib ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan asılıdır:

 

“Soyuq müharibə illərində SSRİ-nin Varşava paktı ilə ABŞ-ın NATO-su arasında qalan dövlətlər neytrallığını qoruyaraq, belə bir təşkilat ətrafında birləşdilər. Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Bu ölkəmizlə həmin ölkə arasında aparılacaq danışıqlardan asılıdır”.

 

F.Mehdiyevin sözlərinə görə, Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz:

“Məsələ ondadır ki, bu gün bir çox NATO ölkəsinin başqa ölkələrdə hərbi bazası mövcuddur. Misal üçün ABŞ NATO ölkəsi olsa da, bir çox ölkədə hərbi bazaları var. Bu mənada Türkiyənin NATO ölkəsi olması onun Azərbaycanda hərbi baza yaratmasına heç bir maneə deyil. Onu da qeyd edim ki, bu gün ABŞ-ın hərbi bazası olan ölkələrin bəziləri elə Qoşulmama Hərəkatının üzvüdür”. /axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb