Rayonlarda bu məmurlar xalqın qəniminə çevriliblər

15:33 01-06-2021 | icon 481 | Sosial
Rayonlarda bu məmurlar xalqın qəniminə çevriliblər

Hafiz Hacıyev: "İcra hakimiyyəti strukturları ləğv edilməlidir"

 

"Bu gün xalqı dövlətdən narazı salan qurum ancaq icra hakimiyyətləridir. Dəfələrlə ölkə başçısı icra rəhbərlərinə xalqın xidmətçisi olmağı tövsiyə etsə də, təəssüf ki, rayonlarda bu məmurlar xalqın qəniminə çevriliblər”.


 
Versus.Az əbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər tənqid olunmaqlarına, həbslərə baxmayaraq, bundan nəticə çıxarmayan icra başçılarından danışarkən deyib.


 
Partiya sədri bildirib ki, bəzi icra başçıları rayonları talamaqda davam edirlər:

"Onların hələ də ibrət götürməməkləri təəssüfləndirici haldır. İcra başçıları dağıdır, yeyir, nə istəyirsə edirlər. Onlar çalışırlar ki, prezidentin 44 günlük müharibədə qazandığı qələbəyə kölgə salsınlar, ölkədə qarışıqlıq yaratsınlar. Hamısı rüşvətxor, cinayətkarlardırlar, həmin məmurlar rayonlarda böyük narazılıqlar yaradırlar. Azərbaycanda icra başçıları xalqa qənim kəsilib, onları incidirlər. Bəzi icra rəhbərləri ancaq alverlə məşğuldurlar. Dövlət başçısının apardığı siyasi kursa uyğun addım atmırlar”.


 
H.Hacıyev qeyd edib ki, təcili olaraq icra hakimiyyəti strukturları ləğv edilməlidir:
 
"Nümayəndəliklər yaradılmalıdır. Hazırda paralel işləyən qurumlar da çoxdur və əhali də bunun əziyyətini çəkir. Hansısa rayonda bu gün rahat arayış ala bilərsinizmi? Qətiyyən mümkün deyil. Mübaribə ərəfəsində icra hakimiyyətləri nə iş gördülər? Şəhid ailələrinə, qazilərə kömək etdilərmi? Və ya şəhidlərin dəfn mərasimlərində iştirak etdilərmi? Heç bir işlə məşğul olmadılar. Bəzilərinin xaricdə villaları, şirkətləri, obyektləri var. Hardan qazanıblar? İcra hakiminin maaşı 900, uzağı 1000 manatdır. Bu pulla bu qədər sərvəti necə əldə edib? Ona görə də onlar həbsdə belə komfort həyat tərzi keçirirlər.
 
Bu gün icra başçılarının neçə illərdir yığdıqları sərvətləri əllərindən alınıb dövlətə verilməlidir. O cümlədən həmin vəsaitin hesabına dövlət fondu yaradılmalı, kasıblar, qazilər və.s üçün istifadə edilməlidir. Hazırda həmçinin işğaldan azad olunmuş rayonlarda tikinti, quruculuq işləri başlayıb, bu yöndə də o vəsaitlərlə müəyyən işlər görülməlidir. Düşünürəm ki, icra başçılarının həbsi ilə heç bir şey olmayacaq, buna görə də artıq dövlət başçısı bu strukturlara ciddi əl gəzdirməlidir”.
 
Xatırladaq ki, dünən Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da icra başçılarını tənqid edib.  O bildirib ki, icra başçıları vəzifəyə gələrkən özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edirlər. /Sfera.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir