Ermənistanın Kəlbəcərdəki təxribatı barədə BƏYANAT

17:18 02-06-2021 | icon 111 | Siyasət
Ermənistanın Kəlbəcərdəki təxribatı barədə BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kəlbəcər istiqamətində təxribatları barədə bəyanat verib.

 

Versus.Az xəbər verir ki, XİN bildirib ki, Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.

 

“Tərəfimizdən bu kimi təxribatların yolverilməzliyini bir daha bildiririk. Sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırıq. Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq”, - deyə XİN bildirib.

 

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin 1 iyununda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısı alınıb.

 

Belə ki, Ermənistan silahlı qüvvələrinin 40-a yaxın şəxsi heyəti Azərbaycan ərazisinə daxil olub. Onlar Azərbaycan Ordusunun dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir