“Zəngəzur dəhlizi” regionda kimləri narahat edir?

17:38 02-06-2021 | icon 490 | Geopolitika
“Zəngəzur dəhlizi” regionda kimləri narahat edir?

Ramiyə Məmmədova: “Rusiya elə fon yaradır ki, sanki prosesi ləngidən Ermənistandır və İran...”

 

“Zəngəzur Dəhlizi”nin açılması regionun müzakirə predmeti olaraq gündəmdədir. Azərbaycan dəhlizin açılmasından danışsa da, Ermənistan kommunikasiya xətlərinin “dəhliz” ifadəsi altında açılmasına imza atmayacağını iddia edir. Ermənistanın mövcud şəraitdə iddia edir ki, dəhlizin açılması Ermənistanın müstəqilliyini kölgə altına sala bilər. Ermənistanın belə bir bəyanatlar səsləndirməklə proseslərə təsir etmək imkanı nə dərəcədədir? Ümumiyyətlə, “Zənguzur dəhlizi”nin açılması 10 noyabr bəyannaməsində tərəflərdən biri olan Rusiyanın maraqlarına nə dərəcədə uyğun gəlir və daha kimlər bundan narahatdır?

 

Mövcud vəziyyəti Versus.az-a şərh edən politoloq Ramiyə Məmmədova hesab edir ki, “Zəngəzur dəhlizi”nin açılması iqtisadi baxımdan Rusiyanın lehinədir və dəhliz Rusiyanın Türkiyəyə yolunun birbaşa açılmasıdır:

 

“Rusiya Türkiyənin regiondakı gücünün fərqindədir. Rusiya bilir ki, bu dəhliz vasitəsilə Türkiyə regionda daha da güclənəcək və söz haqqı qazanacaq. Buna görə də Rusiya hələ ki, bu dəhlizin açılmasını ləngidir və elə fon yaradır ki, sanki prosesi ləngidən Ermənistandır. Hesab edirəm ki, yaxın vaxtlarda Zəngəzur dəhlizi açılacaq və bu dəhliz Naxçıvanı blokadadan çıxaracaq. Naxçıvanın blokadadan çıxması ilə yanaşı bizim Türkiyə ilə birbaşa yolumuz açılacaq. Bununla yanaşı, bu dəhliz həm Azərbaycan, həm də bütün region üçün iqtisadi və siyasi cəhətdən çox önəmli və müsbət rol oynayacaq”.

 

Politoloq “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı məsələlərin İran tərəfini hansı səbəblər üzündən narahat etməsi məqamına diqqət çəkib. Bildirib ki, “Zəngəzur dəhlizi” Rusiya ilə müqayisədə İranın siyasi maraqları ilə daha çox ziddiyyət təşkil edir:

 

“Çünki Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyənin regiondaki mövqeyi daha çox güclənəcək. Bildiyimiz kimi, Türkiyə NATO-ya üzv dövlətdir və Amerika ilə müttəfiqdir. İran isə öz yaxınlığında NATO üzvü olan dövlətin ordusunu görmək istəmir. Türkiyənin regiondaki gücü artdıqca, baş verəcək hər hansı hərbi münaqişəyə müdaxilə etmək ehtimalı da artır. Əgər regionda Türkiyə İranla qarşı-qarşıya gələrsə, NATO-ya üzv olduğu üçün Amerikanın münaqişəyə müdaxiləsi qaçılmazdır. NATO ordusunun Cənubi Qafqazda möhkəmlənməsi isə İran üçün ən təhlükəli məqamdır. Onu da nəzərə almaq lazımdır ki, hazırda İranın Cənubi Azərbaycan torpaqları ilə bağlı böyük narahatlığı var. Buna görə də Türkiyənin bu torpaqlarda möhkəmlənməsi İranın siyasi maraqları ilə ziddiyyət təşkil edir. Ona görə də “Zəngəzur dəhlizi” İranın maraqları ilə ziddiyyət təşkil edir”.

 

Faniyə Yazımova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir