Nazirlikdə toplantı keçirildi: Çimərlik mövsümü ilə bağlı göstəriş verildi - FOTO

21:07 02-06-2021 | icon 118 | Sosial
Nazirlikdə toplantı keçirildi: Çimərlik mövsümü ilə bağlı göstəriş verildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib.

 

Versus.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, toplantıda Xidmətin rəhbərliyi, dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin məsul şəxsləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2020-ci il ərzində su obyektlərində suda boğulma hadisələri ilə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib.

Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.

Daha sonra Xidmətin struktur bölmələrinin əməkdaşları 2021-ci il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması, çimərliklərdə təhlükəsizlik qaydaları, xilasetmə avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik tələbləri haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq