Bu il dünyada 220 milyon nəfər işsiz qalacaq – BMT Əmək Təşkilatı

21:26 02-06-2021 | icon 210 | Dünya
Bu il dünyada 220 milyon nəfər işsiz qalacaq – BMT Əmək Təşkilatı

2021-ci il ərzində koronavirus pandemiyasının təsiri ilə dünyada işsizlərin sayı ən azı 220 milyon nəfər artacaq.

 

Versus.az Reuters-ə istinadən xəbər verir ki, bu qənaətə Beynəlxalq Əmək Təşkilatının ekspertləri gəliblər.


Təşkilatın açıqladığı hesabata görə, dünyada işsizlərin sayı pandemiyadan əvvəlki səviyyədən yuxarı olaraq qalmaqdadır. Bu vəziyyəti böhrandan əvvəlki səviyyəyə qaytarmaq isə 2023-cü ildən tez mümkün olmayacaq. 2022-ci ildə işsizlərin sayı 205 milyon nəfər artacaq. Lakin bu, yenə də 187 milyon nəfərin iş yerini itirdiyi 2019-cu ildən çox olacaq: “Məşğulluq səviyyəsinin artımı ən azı 2023-cü ilədək itkiləri kompensasiya edəcək qədər olmayacaq”.



Beynəlxalq Əmək Təşkilatının iqtisadçısı Ştefan Kyun “Reuters”ə bildirib ki, əksər iş yerlərində işçilərin iş saatlarının azaldılmasını da nəzərə alsaq, pandemiyanın əmək bazarına neqativ təsirinin daha genişmiqyaslı olduğunu görmək olar. 2020-ci ildə qısaldılma üzündən itirilən iş saatları 144 milyon tam işçi yerinə bərabər olub.

Təşkilat bildirir ki, pandemiyanın əmək bazarında ən çox təsir etdiyi qruplar qadınlar, gənclər və kölgə iqtisadiyyatında çalışan 2 milyard insan olub. Hesabatda qeyd olunur ki, 2019-cu illə müqayisədə kasıb və ifrat kasıb işçilərin sayı 108 milyon nəfər artıb.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir