Daha iki hərbçinin nəşinin tapılması ilə bağlı məlumat var

10:02 03-06-2021 | icon 431 | Şəhidlər və şahidlər
Daha iki hərbçinin nəşinin tapılması ilə bağlı məlumat var

Hərbi Prokurorluq itkin düşmüş daha iki hərbçinin nəşinin tapılması ilə bağlı məlumat yayıb.

 

Versus.az xəbər verir ki, Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

 

“Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanmış və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnmişdir.

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

 

Bildirilib ki, birgə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir