Fransa yenə sərsəmlədi

10:10 03-06-2021 | icon 172 | Geopolitika
Fransa yenə sərsəmlədi

“ATƏT-in Minsk Qrupunun həmsədri qismində Fransa Rusiya və ABŞ-la birlikdə gərginliyin aradan qaldırılmasına və dialoqun, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün əlindən gələni etmək niyyətindədir”, - deyə Fransa lideri bildirib.

 

O qeyd edib ki, “Ermənistan və Azərbaycan sərhədində bu yaxınlarda baş verən hadisələrlə əlaqədar sərhədin delimitasiyası yalnız danışıqlar yolu ilə və güc tətbiq etmədən həyata keçirilməlidir”.

 

Makron öz ampluasına sadiq qalaraq, anormal açıqlamalarını da davam etdirib: “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir. Tərəflər mayın 11-nə qədər tutduqları mövqelərə qayıtmalıdırlar. Atəşkəs rejiminə bütünlükdə Dağlıq Qarabağda riayət olunur, amma hələ çox iş görülməlidir. Fransa əhaliyə dəstəyini davam etdirməyə hazırdır. Mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm”.

Rəsmi Bakı Makronun bu dediklərinə münasibət bildirib. XİN sözçüsü Leyla Abdullayeva bu açıqlamanın anlaşılan olmadığını söyləyib. Eyni zamanda Makronu qərəzsiz münasibət sərgiləməyə çağırıb. 

 

Qərbdən, “demokratiya paytaxtlarından” bu qədər haqsız mövqe, ədalətsiz yanaşma nə ilə bağlıdır? Bu, Azərbaycanın müttəfiqi, qardaşı olan Türkiyəyə cavabdımı? Qarabağ məsələsində Azərbaycanın qarşısında dayanmayan Rusiyaya görkdümü? Yoxsa yalnız xristian təəssübkeşliyidir?

 

Deputat Elman Nəsirov Makronun erməni sevgisini bu cür izah etdi: “Əvvəla, onu deyim ki, Ermənistanda iyunun 20-də keçiriləcək parlament seçkiləri işğalçı ölkənin siyasətinə birbaşa təsir göstərməkdədir. Seçkiləri udmaq niyyətində olan bütün siyasi tərəflər bu günləri populizm və radikalizmi ən yüksək pilləyə qaldırıblar. Bu, iqtidara da, müxalifətə də, revanşistlərə də aiddir. Hər bir tərəf çalışır ki, özünün ümummilli məsələlərdə qətiyyətli, prinsipal, güzəştsiz, kompromissiz olduğunu sübuta yetirsin. Bununla da səs qazanmaq istəyirlər. Xüsusilə indiki şəraitdə daha ağır vəziyyət, məsuliyyət Nikol Paşinyanın üzərinə düşür. Çünki o, seçkilərə məğlub baş nazir kimi gedir. Kapitulyasiya aktına imza atmış baş nazirdir. Yəqin ki, Paşinyan və onun komandasının üzvləri, texnoloqlar məsləhət görürlər ki, bir sıra məsələlərdə hücum taktikasına keçməyin vaxtıdır. Bu məsələlərdən biri ilk növbədə, insident yaratmaq lazımdır. Artıq Azərbaycan-Ermənistan sərhədində bu insident yaradılıb. Bu kontekstdə dezinformasiya maşınını işə salıb Paşinyan hökumətinin qətiyyətli, prinsipial olduğunu göstərmək lazımdır. Hesab edirəm ki, texnoloqların məsləhətlərini Paşinyan icra edir. Yardımla bağlı Rusiyaya, KTMT-yə, Fransaya müraciət boşuna deyil. Paşinyanın fonunda mübariz, xalqının mənafeyini qoruyan, onu bataqlıqdan çıxarmaq çalışan bir lider obrazı yaratmağa çalışırlar. Hesab edirəm ki, hazırda bu istiqamətdə fəaliyyət göstərilir. Bu kontekstdə onun Fransaya, ardınca Belçikaya səfəri seçkilərdə qalib gəlməyə hesablanıb. Burada Fransanın, özü də münaqişənin həllini öz üzərinə götürmüş Minsk Qrupunun üzvü olan bir ölkənin davranışları diqqət çəkməyə, etiraz doğurmaya bilməz. Bir çox hallarda inanın ki, Makron daha çox erməni olmaq istəyir.

Elman Nəsirov: Paşinyanın babasının faşistlərə xidmət etməsi faktı onun  işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: “O, ermənidən çox erməni olmaq istəyir”

Hətta bir çox hallarda ermənilərə dəstəyini fransız dilində deyil, erməni dilində edir. Twit səhifəsində ermənicə yazılar paylaşır. İndi də Paşinyanla görüşdə səsləndirdiyi fikirlər eyni məntiqdən qaynaqlanır. Paşinyan və Makronun mövqeyi eynidir. Hər ikisi hərbi əsirlərdən danışır, Makron Azərbaycandan erməni terrorçuları geri qaytarmağı tələb edir, rəsmi Bakını 11 may sərhədlərinə qayıtmağa çağırır. Guya ki, 12 mayda Azərbaycan Ermənistan ərazilərinə müdaxilə edib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisini tərk etmələrini tələb edir. Bunlar tamamilə absurd mövqelərdir. Azərbaycan heç bir ölkənin ərazisinə qoşun yeritməyib. 30 il ərzində zəbt edilmiş ərazilərimizi bərpa etmişik. Makron ölkəmizə münasibətdə diktə dili ilə danışmaq istəyir. Azərbaycanda hərbi əsir yoxdur. Hərbi əsirlərin hamısı qaytarılıb. 62 nəfər terrorçu saxlanılır. 3 nəfər buraxılıb. İndi də 6 nəfər saxlanılıb. Onlar da Kəlbəcər istiqamətində yolları minaladığına görə saxlanılıblar. Heç bir halda hərbi əsir sayıla bilməzlər. Amma Makron bunu belə qəbul etmir. Əgər onun ermənilərə bu qədər sevgisi varsa, zəhmət çəkib Fransanı Minsk Qrupundan çıxarsın. Həmsədr ölkə kimi bu cür davranışlar sərgiləmək  qəbuledilməzdir. Bu cür mövqe əslində Fransa tərəfindən Minsk Qrupunun dəfn edilməsi deməkdir. Makronun canfəşanlığının motivlərini də başa düşmək olar. Hesab edirəm ki, bu, qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Makronun reytinqi ölkədə çox aşağıdır. Uğursuz bir siyasətçi kimi Fransa tarixinə daxil olub. Düşünürəm ki, Fransada V respublikanı yaratmış Şarl De Qoll yaratdığı ölkənin Makronun əlində olduğunu görsəydi, yaşamayıb, gəldiyi yerə qayıdardı, yəni yenidən dünyasını dəyişərdi. Makron qarşıdan gələn seçkilərdə ölkəsindəki güclü erməni lobbisi və diasporunun səslərini qazanmaq üçün bir çox hallarda ermənidən çox erməni olmaq istəyir. Hətta bunu bəzən elə ifadə edir ki, adama elə gəlir ki, Ermənistan vətəndaşlığını qəbul etməyə hazırlaşır”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli: “Ədalətsizliyin pikk həddidir”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli burada Türkiyə faktorunun daha çox rol oynadığını qeyd etdi: “Fransanın bu davranışı bizi heç təəcübləndirməməlidir. Fransa həmişə erməni, anti-türk, anti-islam mövqeyindən çıxış edib. Fransa harada müsəlman var, ona qarşı siyasət yürüdür . Bu ölkənin dünyanın hər yerində davranışı anti-islam xarakteri daşıyır. Qərbin demokratiya paytaxtlarından bu qədər haqsız, qərəzli mövqe onların xristian təəsübkeşliyi ilə əlaqəlidir. Buna başqa izah tapmaq olmur. Çünki necə olur ki, 30 ilə yaxın müddətdə Azərbaycanın 20%-ə yaxın ərazisi işğal altında olur, buna aid BMT-nin qətnamələri çıxır, Ermənistandan tələb olunur ki, işğal edilmiş əraziləri tərk etsinlər. Ermənistan 30 ilə yaxın müddətdə bu tələblərin heç birinə əməl etmir və buna görə də onlara qaşının üstündə gözün yoxdur demirlər, amma Azərbaycan öz hüquqi ərazilərində yerləşməyə başlayanda bizdən tələb etməyə başlayırlar ki, tutduğumuz mövqelərdən çıxaq?! Qərb demokratiyalarının başda Fransa olmaqla, türk-müsəlman Azərbaycana qarşı nümayiş etdirdikləri ədalətsizliyin pikk həddidir. Təbii ki, burada Türkiyə amili də var. Türkiyə haradadır, Fransa orada əks mövqedədir. Amerika və Fransa Türkiyənin regionda bərkiməsindən narahatdılar. Ona görə də Azərbaycana qarşı təzyiqlər edirlər. Rusiyaya gəldikdə isə Qarabağ yeganə beynəlxalq məsələdir ki, Moskva Vaşinqtonla Parisi bu məsələyə daxil etmək istəyir. Çünki Rusiya da Türkiyənin regionda mövcudluğundan bərk narahatdır”.

Fransa Ermənistan və Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına yardım edəcək. Bu barədə çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə bildirib./Yeni Müsavat/ 
 
Versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq