“Nizami Gəncəvi və dayanıqlı inkişaf” - KONFRANS

12:03 03-06-2021 | icon 162 | Təhsil
“Nizami Gəncəvi və dayanıqlı inkişaf” - KONFRANS

4-7 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı keçiriləcək.

 

Versus.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar, konfrans “Nizami Gəncəvi və dayanıqlı inkişaf” mövzusuna həsr olunub.

 

Konfrans bütövlükdə onlayn təşkil edilsə də, rəsmi açılış  nüfuzlu qonaqların iştirakı ilə 4 iyun saat 11:00-da Gəncə şəhərində Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

Konfransın açılışında İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, PAŞA Holdinq Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış edəcəklər.

 

34 ölkədən 700-ə yaxın iştirakçı 66 bölmədə 444  və  16 “Workshop”da 65 məruzələri dinləniləcək. İyunun 7-dək davam edən kinfransda ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək.

 

Məruzələr kitabı Harvard, Oxford, Yale, Stanford, Princeton, Columbia, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

 

Konfransın açılış mərasimində Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzəsi olacaq.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsindən (www.facebook.com/unecedu) canlı yayımlanacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb