“Bu gün Azərbaycan özü hadisə yaradır deyə bütün dünya qarışıb bir-birinə”

14:26 03-06-2021 | icon 159 | Siyasət
“Bu gün Azərbaycan özü hadisə yaradır deyə bütün dünya qarışıb bir-birinə”

Natiq Miri: "Artıq müzakirə predmeti Zəngəzurdur..."

 

Rusiya, Ermənistan və Azərbaycanın yaratdığı regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya Ermənistan-Azərbaycan sərhədindəki gərgin situasiya ucbatından işini dayandırıb. Ermənistan rəsmiləri iddia edir ki, komissiyanın işini davam etdirməsi üçün effektivlik və nəticə üçün müvafiq fon lazımdır. Ermənilər iddia edirlər ki, sərhəddə belə situasiya olduqca meydanda konstruktiv iş olmayacaq.  Regionda kommuniksiyaların açılmasının mövcud şəraitə uyğun necə şərtləndiyi birmənalı qarşılanmır. Üstəlik Azərbaycan Zəngəzur dəhlizinin açılmasından danışsa da, Ermənistanda bunun “yolun verilməsi” ifadəsi ilə əvəzlənməsi tələb olunur. Üstəlik, ermənilər iddia edirlər ki, işçi komissiyanın işi bərpa olunandan sonra sənəddə “Zəngəur dəhlizi” yazılacaqsa, buna qol çəkməyəcəklər. Belə iddia edirlər ki, sənəddə Ermənistanın ərazi bütövlüyünü təhlükəyə alacaq heç bir ifadəyə yol verilməməlidir. O zaman Azərbaycan öz sərhədləri daxilində nəyə görə “Laçın dəhlizi” məsələsinə imkan verməlidir?

 

Bu istiqamətdə mövcud vəziyyəti təhlil edən politoloq Natiq Miri maraqlı nüanslara diqqət çəkib.

 

“Bu prosesdə Ermənistan qərar verə biləcək vəziyyətdə deyil”

 

Politoloq şərhində regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın Ermənistan-Azərbaycan sərhədindəki gərgin situasiya ucbatından işini dayandırmasını süni surətdə yaradılan ajiotaj kimi dəyərləndirib. Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədində baş verən bu hadisələr bilavasitə seçkiyə yönəlik həyata keçirilir və siyasi-koorparativ maraqları özündə ifadə edir.

 

Politoloq hesab edir ki, bu prosesdə Nikol Paşinyanın tərəfdarları siyasi maraqlar güdsə də, digər tərəfdən Paşinyanın əleyhinə yönəldilən revanşist erməni klanı bundan yararlanmağa çalışır. Onun sözlərinə görə, regional komissiyanın fəaliyyətinin dayandırılmasının sərhəddə baş verənlərlə əlaqələndirilməsində həqiqət olsa da, bəhanədir:

 

“Bu, uzun müddətə yaradılmış komissiya deyil və bu məsələdə Ermənistanın başqa bir seçimi yoxdur. Ermənistanın alternativ seçimi olmadığı prosesdə, “biz prosesi dayandırdıq” deyə, bəyanat verməsi absurd olduğu qədər də siyasi niyyətlərə söykənir. Bu, daxili ictimai rəyə oynanılan bir hadisədir və guya ki, hakimiyyət qətiyyətli addımlar atır. Bu prosesdə Ermənistan qərar verə biləcək vəziyyətdə deyil. Çünki Ermənistanın dəmir yol sistemi Rusiya şirkətlərinə aiddir. Və bu yöndə qərar verəcək tərəf Ermənistan yox, Rusiyadır. Artıq basılıb. Bildiyiniz kimi, Horadizdə Zəngilandan keçərək Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilməsi prosesi başlayıb. Bu, Azərbaycan və Rusiya arasında razılaşdırılmış bir məqamdır.  Ayrıca bu prosesin işərisində Türkiyə də var. Bilirsiz ki,  Naxçıvan, İqdır arasında bir dəmir yolu şəbəkəsinin çəkilməsi məsələsi mövcuddur. Gələcək perspektivdə Ermənistandan keçən 44 kilometrlik ərazidə dəmir yolu çəkiləndən sonra bu xətlər birləşdirici regional, hətta qlobal bir xarakter daşıyacaq.  Ona görə də bu prosesi dayandırmaq Ermənistanın boynunu aşacaq bir məsələdir”.

 

“Ermənistanın komissiyanın işi ilə bağlı verdiyi bəyanat boğazdan yuxarıdır”

 

Politoloq indiki şəraitdə kommunikasiyaların açılmasını şərtləndirən məqamlara diqqət çəkərək, prosesin 10 noyabr və 11 yanvar bəyannaməsi çərçivəsində həyata keçirildiyini qeyd  edib. O, bildirib ki, prosesin içində iki tərəf var. Ermənistan isə çalışır ki, prosesə 3-cü, 4-cü, 5-ci tərəfləri cəlb eləsin.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun bu yöndə aktivləşməsi də əbəs deyil:

 

“Ancaq bu mümkün olan deyil. Çünki imzalanan bəyannamənin öhdəlik götürən tərəfləri 3-dür və əsas qərar verən tərəfləri 2-dir. Bu, Rusiya ilə Azərbaycandır. Ona görə də Ermənistanın komissiyanın işi ilə bağlı verdiyi bəyanat boğazdan yuxarıdır. Sərhədlərin müəyyənləşməsi məsələsi Azərbaycan-Ermənistan arasında razılaşdırılmasa, Azərbaycan bunu Rusiyanın təqdim etdiyi xəritələr əsasında birtərəfli qaydada həyata keçirəcək. Bu da qətiyyən Ermənistana sərf etmir. Çünki Azərbaycan həmin sərhəd xətlərini müəyyənləşdirəndən sonra öz sərhəd qoşunlarını həmin ərazilərdə yerləşdirə-yerləşdirə prosesi davam etdirir. Bu da Ermənistanın marağına qətiyyən uyğun deyil. Ona görə də Ermənistanın qaçacaq bir yeri yoxdur”.

 

Natiq Miri Azərbaycanın “Zəngəzur dəhlizi” ifadəsinə qarşı Ermənistanın etirazla çıxış edib, sənəddə ancaq “yol vermə”ə  kimi ifadənin qeyd olunmasını tələb etmələri və “dəhliz”, yaxud “avtomobil, dəmir yoluna icazə verilmə” kimi ifadələrin arasındakı fərqə və əhəmiyyətinə də diqqət çəkib. Politoloq hesab edir ki, burda çox həssas nüanslar var. Belə ki əslində sənəddə “Zəngəzur Dəhlizi” deyə bir söz yoxdur:

 

“Biz belə bir dəhlizin olmasını razılaşdırıb həyata keçirmədən, “arx gəlmədən çırmandıq” və Laçına “dəhliz” statusunun verilməsinə razı olduq. Halbu ki, buna ehtiyac yox idi. Çünki “Laçın dəhlizi” statusu məsələsi Madrid prinsiplərində nəzərdə tutulmuş bir prinsip idi. Çox maraqlıdır ki, bu prinsipləri nə Azərbaycan, nə də Ermənistan qəbul etməmişdi. Və qəbul edilməyən bir sənədin də bizə, yaxud Ermənistana məcburiyyəti yoxdur. Ona görə də biz Laçına “dəhliz” statusu verməli deyildik. Bəli, konkret yol müəyyənləşdirilə bilərdi və buna alternativ olaraq Zəngəzurda da bu cür yol kommunikasiyalarının açılması ola bilərdi. Belə kommunikasiyaların açılmasını təmin etməliydik ki, Ermənistan və ya Rusiya cığallıq etdiyi təqdirdə biz də çox rahatlıqla Ermənistanla Qarabağı birləşdirəcək Laçın yolunu bağlaya bilərdik. Biz buna “dəhliz” statusu verməklə üzərimizə öhdəlik götürdük. Bu gün Ermənistan məhz bunu bəhanə edir ki, bənddə belə bir dəhlizdən söhbət getmir. Ona görə mən də inanmıram ki, belə bir dəhliz mümkün olsun. Amma yol-nəqliyyatı, həm quru, həm də dəmir yolu açılıb Ermənistan ərazisindəın keçiləcək.

O ki qaldı “dəhliz” yol ifadəsinin fərqinə, “dəhliz” statusdur və burda 3-cü, 4-cü tərəflər iştirak edir. Fikir verirsinizsə, bu gün Azərbaycanın razılaşdığı “Laçın dəhlizi” birmənalı olaraq Rusiya sülhməramlılarının idarəsində və nəzarətindədir. Əgər “Zəngəzur dəhlizi” də mövcud olsa, burda da 3-cü, 4-cü tərəfin nəzarəti təmin oluna biər. Ermənistan Zəngəzur Dəhlizinin yaradılmasını ona görə istəmir ki, gələcəkdə mübahisə predmeti olmasın. Bu gün nəinki Ermənistan, hətta qonşu İran da narahatdır ki, 44 kilometrlik ərazini gələcəkdə Azərbaycan öz nəzarətinə götürə bilər. Belə bir qorxu bu günün özündə də mövcuddur. Bir şeyi də nəzər alın ki, Azərbaycan 1991-ci ildə Konstitusiya Aktını qəbul edəndə özünü 1918-ci il Azərbaycan Cumhuriyyətinin varisi elan edib. Bu varis dövlətin ərazisi 114 min kvadrat kilometr olub. Deməli, bu, gələcəkdə bizim üçün yeni ərazi iddialarına hüquqi imkan, zəmin yaradır. Ona görə Ermənistanda bu cür narahatlıqlar var”.

 

“Qarabağ yaddan çıxıb, artıq müzakirə predmeti Zəngəzurdur”

 

Politoloq mübahisəli məqamlara baxmayaraq Azərbaycanın öz hüquq və maraqlarından çıxış edərək, sərhədlərini bütövləşdirmək səlahiyyətini özündə saxladığını bəyan edib. Onun sözlərinə görə, bu gün Azərbaycan proseslərə təsir etmək imkanlarına malikdir:

 

“Bunun üçün hər zaman Azərbaycanın aktiv olmasına ehtiyac var. 44 günlük müharibədən keçən 6 ay müddətində Azərbaycan hadisələri və prosesləri özü yaratmağa başladı. Azərbaycan bitərəfli qaydada sərhədləri müəyyən etməklə öz ordusunu həmin ərazilərdə yerləşdirir. Fikir verirsinizsə, bu gün Azərbaycan özü hadisə yaradır deyə bütün dünya qarışıb bir-birinə. Qarabağ yaddan çıxıb, artıq müzakirə predmeti Zəngəzurdur. Azərbaycan bundan sonra da bu cür proses yaratmaqla havadar dövlətləri bu prosesin arxasınca sürünməyə vadar etməlidir. Bunun əksi baş verərsə, onlar bizim üçün hadisə yaradacaq və biz prosesin arxasınca sürünəcəyik. Ona görə də “Laçın dəhlizi” məsələsi də Azərbaycanın tələbləri kontekstində doğru hüququ zəminə yönələ bilər. Söhbət ondan gedir ki, 10 noyabr bəyannaməsi var, hələ də öhtəliklər yerinə yetirilmir. Hələ də Qarabağda 10-20 min silahlı erməni var. Bu öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, üstəlik yol və kommunikasiyaların açılmadığı, tərəflərin müəyyənləşdirilmədiyi prosesdə vəziyyət  o anlama gələcək ki, 10 noyabr sənədi işləmir. İşləmirsə, artıq rus sülhməramlılarının Qarabağda varlığı da sual altına düşəcək. Ona görə ki, rus sülhməramlıları məhz 10 noyabr bəyannaməsinin kontekstində ildırım sürəti ilə Qarabağa yerləşdirilmişdi. Bu xüsusda Azərbaycan tərəfi aktiv olmalıdır”. /həftə içi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb