Uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

18:31 03-06-2021 | icon 162 | Hadisə
Uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur.

 

Versus.Az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinə (AİB) şikayət daxil olub.

 

Birlikdən bildirilib ki, hadisə ilə bağlı Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi “pryanik”in içərisindən qaykanın çıxdığını bildirib.

AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.

 

Vətəndaş qeyd edib ki, müəssisədə sanitar-gigiyeniya qaydalarına əməl olunmur.

 

Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən sexin sahibkarı N.Süleymanov səhlənkarlıq ola biləcəyini istisna etməyib:

“Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq”.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb:

 

“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA