Deputat "İlin gənc müəllimi-2021" mükafatçısı ilə görüşdü

19:00 03-06-2021 | icon 289 | Təhsil
Deputat "İlin gənc müəllimi-2021" mükafatçısı ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” Xeyriyyə Cəmiyyətinin rəhbəri Firəngiz Balakişiyeva Laçın rayon, Habil Həsənov adına Mişni kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova ilə Mədəniyyət Komitəsində görüşüblər.

 
 
Versus.Az xəbər verir ki, komitə sədri Gülnar İsmayılovanı "İlin gənc müəllimi-2021" yarışmasında mükafat qazanması münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
 
 
"Sizi Milli Məclisin Mədəniyyət Komitəsi, AzEduAz təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “İlin gənc müəllimi-2021” yarışmasında yüzlərlə müəllim arasından ilk onluğa layiq görülərək, final mərhələsinə çıxdığınıza görə təbrik edirəm!
 
Siz Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmaqla yanaşı, çağdaş dövrün tələbi olan STEAM təhsilini də ucqar kənd məktəblərimizdə tədris edirsiniz. Bu fəaliyyətiniz təhsilimiz adına örnək addımlardan sayılır. İnanırıq ki, sizin ucqar kəndlərdə öyrətdiyiniz məktəblilər arasından gələcəyin güclü STEAM və İT mütəxəssisləri çıxacaq.
 
Ucqar kənd məktəblərində oxuyan şagirdlər üçün təşkil etdiyiniz humanitar-sosial layihələr həmkarlarınız üçün də örnəkdir.
 
Sizi bütün uğurlarınız münasibətilə ürəkdən təbrik edirəm!
 
Sizə, hazırda çalışdığınız təhsil müəssisəsinin müəllim və şagird kollektivinə ən xoş diləklərimi yetirir, uğurlar arzulayıram"!
 
 
Qənirə Paşayeva Gülnar İsmayılovaya Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
 
 
Gülnar İsmayılova səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA