Türkiyə qitə birinciliyinə qələbə ilə gedir

06:26 04-06-2021 | icon 233 | İdman
Türkiyə qitə birinciliyinə qələbə ilə gedir

Futbol üzrə Türkiyə millisi Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü keçirib. 

 

Almaniyada Moldovaya qarşı keçirilən qarşılaşma “ay-ulduzlular”ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

 

Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü - sonuncu yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.

 

Qeyd edək ki, “ay-ulduzlular” Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.

 

Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir