“Formula 1” Azərbaycan Qran-prisinə start verildi

06:31 04-06-2021 | icon 328 | İdman
“Formula 1” Azərbaycan Qran-prisinə start verildi

Bu gün saat 12:30-da ilk sərbəst yürüşlərlə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

 

Versus.az xəbər verir ki, yarış proqramına əsasən, saat 16:00-da ikinci sərbəst yürüşlər, şənbə günü saat 13:00-da isə sonuncu – üçüncü sərbəst yürüşlər təşkil olunacaq.

 

Bununla yanaşı, elə həmin gün saat 16:00-da sıralama turu, bazar günü eyni saatda isə həlledici Qran-pri yarışı baş tutacaq.

 

Builki Azərbaycan Qran-prisi pandemiya səbəbində tamaşaçılarsız keçirilməsi ilə yanaşı, həm də maraqlı yarış intriqası ilə seçilir. Belə ki, öncəki Monako Qran-prisində yarış cədvəlindəki liderliyini əldən verən Luis Hemilton və “Mercedes” komandası Bakıda birinciliyini bərpa etməyə çalışacaq.

 

Hazırda britaniyalı pilotu ilk pillədə qərarlaşan niderlandlı Maks Ferstappendən 4 xal ayırır. Sonuncunun təmsil etdiyi “Red Bull” komandası isə mühəndislər kubokunda “Mercedes”i cəmi bir bal üstələyir.

 

Bir sözlə, Bakıda bütün “Formula 1” sevərləri olduqca maraqlı yarış gözləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb