"Hakimiyyət iqtidar-müxalifət dialoqu ilə kifayətlənir"

09:28 04-06-2021 | icon 199 | Siyasət
"Hakimiyyət iqtidar-müxalifət dialoqu ilə kifayətlənir"

Fuad Əliyev: "Hakimiyyət dövlət əhəmiyyətli məsələlərdə müxalifətin kadrlarını cəlb etməlidir"

 

İşğaldan azad edilən ərazilərimizin bərpasında, quruculuq işlərində və digər bu kimi proseslərdə Türkiyə şirkətləri yaxından iştirak edəcəklər. Ötən həftə prezident İlham Əliyev 3 filiz yatağının Türkiyə şirkətlərinə verilməsi haqda sərəncam imzaladı. Eyni zamanda qardaş ölkənin nəqliyyat və təhsil nazirləri Azərbaycanda oldular.

 

Habelə Azərbaycanla dost olan bir çox ölkələrin şirkətləri bərpa prosesində iştirak edəcəklər.

Təbii ki, bərpa prosesində müxtəlif sahələr üzrə həm yerli, həm də xarici mütəxəssislərə də ehtiyac var. Müxalifət cameəsində də iqtisadçılar, mühəndislər, layihəçilər və s. var. Amma bərpa prosesində ölkə müxalifəti kənarda qalmış durumda görünür. Maraqlıdır, müxalifət özü Qarabağın bərpası prosesində kadrları ilə iştirak etməyi düşünürmü?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qeyd edib ki, Qarabağda yaşayışın yenidən təmin olunması ilə əlaqədar ölkədə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır.

 

Partiya sədri vurğulayıb ki, bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri yaxından iştirak edir və edəcək:

 

"Çox müsbət haldır ki, İkinci Qarabağ savaşında Azərbaycana dost ölkələr düşmən ölkələrdən daha çox oldu. Bu sıraya Türkiyə, Pakistan, İsrail, Ukrayna,  Gürcüstan, İtaliya, İngiltərə, Qoşulmama Hərəkatının  üzvlərini əlavə etmək olar. Qarabağda bərpa işlərinə Türkiyə şirkətlərinin cəlb olunması çox müsbət haldır. Hesab edirəm ki, nə qədər çox şirkətlər cəlb olunsa, bu, bərpa işlərini sürətləndirəcək. Artıq Qazaxıstan xəstəxanalar tikməyə, Özbəkistan mədəni tikililəri və xəstəxanaları tikməyə və bərpa etməyə hazır olduqlarını bildirib. Pakistan, İsrail və İngiltərə şirkətlərinin də istəkləri bəyan olunub. Azərbaycan həm də iqtisadi baxımdan regionda ən cəlbedici ölkədir. Aparıcı ölkələr Azərbaycana böyük maraq göstərirlər. Amma biz yaddan çıxarmamalıyıq ki, bizim Ermənistan kimi mənfur qonşumuz var və onlar hələ də öz iddialarından əl çəkməyiblər. Düzdür, Azərbaycan Ordusu hər zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Digər tərəfdən, xarici şirkətlərin Azərbaycana investisiya qoyması qarant rolunu oynayacaq və ermənilər sərsəm iddialarından əl çəkəcəklər".

 

Fuad Əliyev qeyd edib ki, müxalifətin kadr potensialı var və hakimiyyət bu və digər dövlət əhəmiyyətli məsələlərdə bu kadrları cəlb etməlidir:

 

"Təəssüf ki, Azərbaycanda bu baş vermir. Hakimiyyət iqtidar-müxalifət dialoqunun keçirilməsi ilə kifayətlənir". /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir