Şəhid jurnalistlərin cənazəsi Bakıya gətirildi

09:06 05-06-2021 | icon 209 | KİV
Şəhid jurnalistlərin cənazəsi Bakıya gətirildi

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, "Azərtac" Xəbər Agentliyinin müxbiri Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib. M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə aparılıb.

 

Versus.az xəbər verir ki, cənazələr ailə üzvlərinə təhvil verilib.

 

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. 

 

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov jurnalistlərə bildirib ki, bu gün şəhidlə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəbəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində vida mərasimi keçiriləcək.

M.İbrahimov saat 11:00-da Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək.

 

Şəhid S.Abışovun isə bu gün Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcəyi bildirilir.

 


Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb