Şəhid həmkarlarımın XATİRƏSİNƏ

11:24 05-06-2021 | icon 2243 | Köşə
Şəhid həmkarlarımın XATİRƏSİNƏ

Sizin şəhidliyiniz bir daha bizi əmin etdi ki...

 

TAHİRƏ QAFARLI

 

Erməninin ayağı torpaqlarımızdan kəsilib atılmayınca, bizə rahatlıq olmayacaq. Nə zamana qədər ki, biz tolerantlığımızı, humanistliyimizi ermənikimilərə sübut etməyə çalışacağıq, üstümüzə gələcəklər. Nə vaxtda qədər ki, Azərbaycan sərhədləri bütöv, qara dəliksiz olmayacaq, nə vaxta qədər ki, Azərbaycan sərhədləri hər bir yabanı üçün bağlı saxlanılmayacaq, ermənilərin törətdiyi fəsadlar davam edəcək, sərhədlərdə mülki insanlarımız qətlə yetiriləcək. Nə vaxta qədər ki, Azərbaycan erməni təxribatına, fransız erməniliyinə, həyasızlığına sadəcə "təəssüf edirik" deyib münasibət bildirəcək, ermənikimilər üstümüzə gələcək. Nə vaxta qədər ki, işğalçının başı əzilməyəcək, öz zəhərini tökməyə davam edəcək. Nə vaxta qədər ki, Azərbaycan bütün ərazilərinə Azərbaycan vətəndaşlarının köçürülməsini təmin etməyib, nə vaxta qədər Azərbaycan ərazilərində yaşayan erməni xalqının iddiaları susdurulmayacaq, ermənikimilər üstümüzə gələcək.

 
 
Azərbaycan dərhal Rusiyadan sülhməramlılarının öz missiyasını düzgün icra etməsini tələb etməlidir. Azərbaycan onun daxili işlərinə müdaxilə edən dövlətləri yerində oturtmalıdır. Ərazilərimiz minalardan təmizlənmədən, Laçından ermənilərə verilən dəhliz bağlanmadan heç bir kommunukasıya xəttlərindən söz getməməlidir. Kommunukasiyada maraqlı olan dövlətlər - istər qardaş olsun, istər dost, istər əməkdaş - birinci növbədə Azərbaycanın suverenliyinin bərpasını təmin etməlidir. Azərbaycan qanunlarına tabe olmayan ermənilər dərhal ərazilərimizdən çıxarılmalıdır. Azərbaycan torpaqlarının kimlərsə üçün qulp olmasına imkan verməməlidir.
 
Bunu bizdən iyunun 4-də Kəlbəcərdə öz vəzifələrini icra edərkən ermənilərin yolda tank əleyhinə basdırdığı minaya düşərək həlak olan jurnalistlərin haqqı tələb edir. Biz Azərbaycan, şəhidlərimiz, qazilərimiz naminə bunun hesabını düşməndən soruşmalıyıq. Düşmənə özü kimi cavab verilməlidir. Vəssalam.
 
 
Allah şəhid həmkarlarıma, bütövlükdə bu torpaq uğrunda canını, qanını verən hər bir şəhidimizə rəhmət eləsin. Qisasları tezliklə alınsın! Əziz həmkarlarım, sizin şəhidliyiniz bir daha bizi əmin etdi ki, mənfur düşmənin başı birdəfəlik əzilməlidir. Mənfur düşmənə bizim torpaqlarda nəfəs almağa imkan verilməməlidir!..
 
Yeriniz cənnət, ruhunuz şad olsun!...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA