Arif Hacılının məntiqsiz İTTİHAMI

21:22 05-06-2021 | icon 301 | Siyasət
Arif Hacılının məntiqsiz İTTİHAMI

Razi Nurullayev: "Qarabağ, mina məsələsində Prezidenti hədəf almaq erməni dəyirmanına su tökməkdir"

 

"Müxalifət olmaq ağlına nə gəldi danışmaq deyil axı. Müsavat başqanı Arif Hacılı iki jurnalistin minaya düşməsinə görə İlham Əliyevi ittiham edir. Bu hansı məntiqə sığır? Ağlı başında siyasətçi gərək bunu deməsin axı. Demək Ermənistan və ermənilər yox, İlham Əliyev günahkardır? 30 il erməni işğalında olan torpaqların 44 gün ərzində azad olunmasına rəhbərlik etmiş Prezident günahkardır? Əraziləri minalamış ermənilər yox, Azərbaycan prezidenti?"

 
 
Versus.Az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılının Kəlbəcərdə baş verən son hadisə ilə bağlı Azərbaycan prezidentini hədəfləyən açıqlamasına münasibət bildirərkən deyib.
 
 
"Belə müxalifətçilik olmaz axı. Bu artıq müxalifətçilik də yox, ölən şəhidlərin ruhunu incitməkdir. Məgər 5-10 nəfər qəlbi nifrətlə örtülmüş adamın "ura" deməsinə görə belə təxribata getmək olarmı?
 
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə Müsavat partiyasını da hədəf alıb. Amma, bu o demək deyil ki, torpaqları azad edən rəhbərə qarşı bu qədər açıq qərəz nümayiş etdirəsən. Bu müxalifətçilik deyil, düşmənçilikdir".
 
 
Razi Nurullayev Müsavat başqanına müraciətlə bildirib:
 
"Hörmətli Arif Hacılı! Günahkar erməni faşistləridir. Günahkar Köçəryan-Sərkisyan cütlüyü, hazırkı baş nazir Paşinyandır. Erməni dövlətçiliyidir. Azərbaycan 44 gün ərzində bir Livan və 4 Lüksemburq boyda olan ərazini işğaldan azad edib. Maksimum nəticə əldə edib. Kəlbəcər də Sizin də hakimiyyətdə olduğunuz zaman işğal edilib. Biz niyə bir-birimizə şər atıb, qərəzli yanaşıb düşmənləri sevindirməliyik?
 
Siz ən yaxşısı üzv olduğunuz beynəlxalq partiya birliklərini məlumatlandırın. Ermənistan rəhbərliyi və toplumu minanın partlamasına və jurnalistlərin ölməsinə görə İlham Əliyevi günahlandırır. Siz də İlham Əliyevi günahlandırırsınız. Aranızda olan fərqi izah edə bilərsinizmi?
 
İlham Əliyev bir qarış torpaq azad edə bilməz deyirdik. O 4 Lüksemburq boyda ərazini işğaldan azad etdi. İlham Əliyev mənasız yerə silahlar alır deyirdik, əksi oldu. Təki Qarabağ azad olsun, bizə vəzifə və hakimiyyət lazım deyil deyirdik. Qarabağ azad olsun, evimi-eşiyimi satıb Qarabağa qurban verərəm deyirdik. Nə dəyişdi, cənablar?
 
Ölkəmizdə narazı qalmalı və tənqid olunmalı sahələr var, bunu da edirik. Hakimiyyətə də iddia irəli sürək, sürürük də, narazılığımız da var, deyirik də, amma Qarabağ məsələsində, mina məsələsində Prezidenti hədəf almaq erməni dəyirmanına su tökməkdir.
 
Ən azından ermənilərin dediyindən fərqli nəsə demək lazımdır. Əks haqda, arada olan fərq itəcək. Çox təəssüf edirəm".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb