“Caspianpost” erməni vəhşiliyindən yazdı

08:35 07-06-2021 | icon 172 | KİV
“Caspianpost” erməni vəhşiliyindən yazdı

“Caspianpost” saytı işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilərin məzarları necə təhqir etdiyinə dair “Bacılar yenidən qovuşdu“ sərlövhəli məqalə dərc olunub.

 

Versus.Az xəbər verir ki, məqalə fotoqraf Orxan Əzimin işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olarkən Yusifcanlı kəndində qarşılaşdığı ürəkağrıdıcı mənzərəyə həsr olunub.

 

Müəllif qeyd edir ki, hazırda insanda melanxolik təəssüratlar yaradan bu bu kiçik kəndi heç vaxt ölkənin ən gözəl yurdlarından biri olduğunu iddia etməyib. Ancaq ötən əsrin 90-cı illərinə qədər qərbdə Kiçik Qafqaz dağlarının arxasında günəşin qürubunu seyr edə bilən 1350 nəfərə yaxın azərbaycanlnın ata-baba yurdu idi. İndi hamısı xarabalığa çevrilmiş tikililərin hamısı 20-ci əsrdə inşa edilmişdilər, eyni zamanda kəndin ətrafındakı çöllük ərazidə təkəmseyrək qədim məzar təpələri burada minilliklər boyu unudulmuş qədim tarixi təsdiqləyən nümunələrdir.

 

Qeyd edilir ki, Orxan Əzim kənd qəbirstanlığında xüsusilə təsiredici mənzərəyə rast gəlib. Məzar daşları arasında dar bir yarğanla ayrılan iki məzar daşı onun diqqətini cəlb eləyib. Daşlardan birinin üzrəində Səringül Mürşüd qızı, digərində isə Təyarə Mürşüd qızı həkk olunub. Onlar Mürşüd Qəhrəmanov adlı kənd sakinin övladları olublar, yəni həmin məzarlarda uyuyan Səringül və Təyarə bacı idilər. Əvvəlcə onlar yan-yana basdırılmışdılar - buradakı kolxozda doğulub boya-başa çatan bacılar həyatda olduqları kimi vəfat etdikdən sonra da bir yerdə idilər. Onları bir-birindən ayrı salan yarğan isə çox sonralar meydana gəldi. 12 aprel 1994-cü ildə kəndin əsas hissəsini zəbt edən erməni işğalçıları tərəfindən kənd qəbirsanlığının içi ilə səngərlər qazıldı.

 

Məlum olduğu kimi, həmin dövrdə ermənilərin hücumları dayandırıldı və Yusifcanlı kəndinin kənarları təmas xəttinə çevrildi. Həmin təmas xətti boyunca Birinci Qarabağ müharibəsi “dondurulmuş” şəkildə sona çatdı. 25 ildən çox müddət ərzində bura minalanmış sahələr, partlamamış sursat və qəfil atəş təhlükəsi altındakı neytral zonanın ən qaynar nöqtələrindən biri idi. Bu 25 il ərzində bacıların hər biri səngərin bir tərəfində qaldılar.

 

Məqalədə Azərbaycan əraziləri üzərində ərazi bütövlüyünün bərpasına da toxunulur. Qeyd edilir ki, 2020-ci ilin noyabr ayında 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan razılaşma ilə Azərbaycan əvvəl itirdiyi bütün əraziləri geri aldı. Yusifcanlı da daxil olmaqla. Ağdam rayonunun xarabalığa çevrilmiş qalan hissəsində olduğu kimi, burada da minaların təmizlənməsi və 30 il əvvəl öz torpaqlarından didərgin düşmüş ailələrin geri dönməsi üçün tələb olunan böyük bir yenidənqurma layihəsinin ilk mərhələsinə start verilib:

 

“Bu arada, əmin-amanlığın bərpası ilə qəbiristanlığı bölən səngər tezliklə doldurulacaq. Müharibənin izləri itdikcə Qəhrəmanov bacıları Səringül və Təyarə yenidən bir araya gələrək qovuşacaqlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq