"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

09:06 08-06-2021 | icon 439 | Siyasət
"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Aleksey Xlopotov: "5 ildən sonraki müharibə daha qlobal şəkildə olacaq"

 

Erməni diversiya qrupları öncədən xüsusi hazırlıq keçdikdən sonra Azərbaycan ərazisinə atılır. Bu, danılmaz faktdır.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib:

 

“Mən artıq birinci dəfə deyil ki deyirəm, ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Üstəlik, indi seçkilər ərəfəsində onlar öz “döyüş əhval-ruhiyyələrini” və fəaliyyət qabiliyyətini nümayiş etdirmək fikrindədirlər. Amma reallıqda onların böyük əməliyyat keçirmələri üçün heç bir gücləri yoxdur. Şahidi olduğumuz təxribatlar isə özləri haqqında “xatırlatma”nın yeganə yolu olaraq qalır. Ümumiyyətlə, bu aspektdə gözəl Sovet serialını – “Dövlət sərhədi”ni yada salmaq olar. Xüsusilə onun ilk hissələri. Orada bu gün Qarabağda baş verənlər dəqiqliklə göstərilib. Necə deyərlər: diversiya üçün üsullar köhnəlmir, sadəcə, meydana yeni vasitələr gəlir”.

 

Xlopotovun sözlərinə görə, məhz Ermənistan Bakını problemin güc yolu ilə həllinə məcbur edəcək:

“Lakin ən azı bu, qarşıdan gələn 5 il ərzində baş tutmayacaq. 5 ildən sonraki müharibə daha qlobal şəkildə olacaq. Bakı Qarabağı ermənilərdən tamamilə təmizləməyə, hətta Ermənistan ərazisində bir sıra əməliyyatlar keçirməyə məcbur olacaq. Hər halda, şəxsən mənim fikrim budur: Azərbaycan Ordusu İrəvanı ələ keçirib, sonra isə siyasi yenidənqurma haqqında razılığa gəlməlidir”. /axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir