“Parlamentdə bu deputatların müxalifyönlü çıxışları olur”

13:37 08-06-2021 | icon 184 | Siyasət
“Parlamentdə bu deputatların müxalifyönlü çıxışları olur”

 

Nizami Verdiyev: "Fuad Əliyev qaldırdığınız məsələlərlə bağlı öndə getməyə hazırdır, amma..."

 

“Öz fəaliyyətini yalnız iqtidarı tənqid ətrafında qurub, gündəmdə qalmaq istəyən partiyalar hər kəsə bəllidir. O da məlumdur ki, müxalifət iqtidarın səhvlərini deyən, ona rəqib bir siyasi tərəfdir. Biz hamımız müxalifət olaraq müəyyən problemlərlə bağlı hakimiyyətə tənqidlə yanaşır və məsələlərin həllini tapması tələbləri ilə çıxışlar edirik. Sadəcə olaraq bunun formaları fərqlidir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

Nizami Verdiyev qeyd edib ki, cəmiyyətimizdə müəyyən bir kəsim var ki, prezident seçkilərindən sonra “bizi irəliyə, mübarizəyə aparmaq üçün güclü lider lazımdır”- deyə, fikirlərini ifadə edirlər:

 

“ALDP sədri Fuad Əliyevə də, mənə də belə müraciətlər olub. Mən deyirəm ki, Fuad Əliyev sizin qaldırdığınız hər hansı məsələ ilə bağlı öndə getməyə hazırdır, amma siz də gəlin. Cavabları bu olur ki, - “mənim nəyimə lazımdır”. Biri də deyir ki, dükan işlədir, ayrıla bilməz və sair. Bu da onu göstərir ki, insanların özlərinin də öz problemlərinə qarşı laqeyd yanaşmaları var. Axı həyatını yaxşı yöndə dəyişmək istəyən vətəndaş ona mane olan problemləri qabartmalı, özünün etirazını bildirməlidir. Və təbii ki, mən bildirmişəm ki, əgər haqlarınızın müdafiəsinə qalxa bilsəniz, liderləri öz içərinizdən tapacaqsınız. Düşünürəm ki, tənqid də ağıl və məntiqlə olmalıdır”.

 

ALDP yetkilisi vurğulayıb ki, güya lider axtaran, lakin özünün işi olduğunu deyib, kölgədə qalmaq istəyənlər sadəcə demaqoqiya ilə məşğul olanlardır:

 

““Lider “axtarışları” onun bizi müxalifətçi kimi ittihamlamaq istəyindən yaranır. Təbii ki, bu da növbəti bir yanlışlıqdır. İnsanlar onu əhatə edən problemlərin həllinə nail olmaq üçün hər hansı nazirlə birbaşa təmas qura bilmirlər. Unudurlar ki, normal dinc şəraitdə aksiyalar keçirib öz sözünü lazımı yerlərə çatdırmaq imkanı var. Amma vətəndaş buna da etinasız yanaşır. Biz isə partiya olaraq toplaşaraq müəyyən məsələlərlə bağlı bəyanatlar verir və hakimiyyətin bütün səhv adımlarını, nöqsanlarını açıqlayırıq. Ən azından biz bunu edirik. Amma vətəndaş, sənin hüquqların pozulur, çoxlu problemlərin var və bununla bağlı heç nə etmək istəmirsən. Öz məsələnə dedi-qodu, mətbəx söhbəti kimi yanaşırsan. Yəni o, bu gün bizə nə dəstək verir, nə də özü irəliyə çıxmır”.

 

ALDP-nin niyə bir qədər aktiv partiyalarla əməkdaşlıq qurmamasına da münasibət bildirən N.Verdiyev bildirib ki, ALDP çox aktiv partiydır:

 

“Əksinə, 2-3 partiya var ki, o cümlədən bizim partiya, hər gün müxtəlif məsələlərlə bağlı öz mövqeyimizi bildiririk. Biz əməkdaşlığa hazırıq. Görünür, onlar hələ ki, hazır deyillər”.

 

Bir çox siyasilərin “parlament müxalifəti” anlayışının yox olması qənaətinə gəlincə, Nazim bəy vurğulayıb ki, parlamentdə ikiyönümlü partiya var – iqtidar və müxalifət:

 

“Milli Məclisdə olan partiyaların əksəriyyəti iqtidaryönlüdür. Amma ayrı-ayrı çıxışlara diqqət çəksək, BAXCP sədri Qüdrət Həsənquliyevin, MCP sədri Razi Nurullayevin, BQP sədri Fazil Qəzənfəroğlunun müxalifyönlü çıxışları olur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir