“Unudulmuş epidemiya”

07:28 09-06-2021 | icon 189 | Sağlamlıq
“Unudulmuş epidemiya”

Koronavirusdan daha ölümcül, amma...

 

Afrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariya çarə tapılmır. Səbəbi malyariyaya qarşı peyvəndin koronavirus kimi gəlir gətirməməsidir. Peyvənd hazırlayanlar isə vəsait çatışmazlığı yaşayırlar.

 

Bu barədə “Haber Global” xəbər verib.

 

Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq qəbiristanlıqlarda yer qalmayıb.

 

Mütəxəssislər bu xəstəliyə “unudulmuş epidemiya” deyirlər. Ağcaqanadlar tərəfindən yayılan bu xəstəlik ildə 400 min ölümə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır. 

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Afrikada ötən 15 ayda 130 min insan həyatını itirib. Bir çox ekspertlərin fikrincə əsl rəqəmlər rəsmi göstərilənlərdən dəfələrlə çoxdur. Qitədə malyariyadan daha çox insan ölsə də koronavirusa qarşı peyvəndin  bu qədər sürətlə hazırlandığı, ancaq malyariyaya qarşı peyvəndin geniş istifadəyə verilməməsinin səbəbi maraq dolurur.

 

Burkina-Fasonun Səhiyyə İnstitutunun regional direktoru Halidou Tinto  koronavirusun malyariyadan daha artıq diqqət çəkməsinin onları qəzəbləndirdiyini bildirib. Onun fikrincə malyariya Qərb ölkələrində yayılsaydı, çarəsi çoxdan tapılardı.

 

Malyariya peyvəndinin geniş şəkildə istehsal edilməməsinin təməl səbəbi  iqtisadidir. ABŞ koronavirus peyvəndi üçün 9 milyard dollar xərcləyib. Dünyada malyariya araşdırmalarına isə 2007-2018-ci illərdə 7,3 milyard dollar xərclənib. Afrika ölkələri arasında da iqtisadi cəhətdən daha zəif olanların malyariyadan daha çox əziyyət çəkdiyi bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA