“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

10:00 09-06-2021 | icon 1151 | Siyasət
“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Ali Baş Komandandan xahiş edirəm, yenidən o dəmir yumruğu işə salsın”

 

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək partlayış nəticəsində "Azərtac" Xəbər Agentliyinin müxbiri Məhərrəm Əli oğlu İbrahimovun və AzTv telekanalının operatoru Sirac Abışovun şəhid olması ölkə ictimaiyyətini sarsıtmaqla yanaşı, düşmənə qəzəb hissini artırıb. Bu hadisədə bir daha bəlli oldu ki, beynəlxalq insan hüqquqlarınının müdafiəsi ilə məşğul olan təsisatları yalnız təəssüf etməklə kifayətləndilər. Görünən odur ki, Azərbaycan öz haqqını qorumaq üçün meydanda təkdir və bunun üçün də dövlət və xalqdan daha qətiyyətli addımların atılması tələb olunur. Nədir bu?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı məqamlara diqqət çəkib.

 

“Məmurlarımız eyforiyadadırlar”

 

- Hafiz müəllim, jurnalistlərin Kəlbəcərdə minaya düşməsi ilə bağlı ictimai-siyasi təşkilatlar olaraq tədbirlər həyata keçirilərkən əsas hansı məsələnin üzərində dayanılmalıdır. Bilirik ki, beynəlxalq qurumlar sadəcə təəssüf etməklə keçdilər.

 

- Burada söhbət özümüzün bu məsələlərə münasibətimizdən və hərəkətimizdən keçir. Biz erməniləri Xankəndindən qovub çıxartsaydıq, sərhədlərimizi tam bağlasaydıq, bu gün belə vəziyyətə düşməzdik. Bu məsələlərin hamısının başında duran ruslardır, rus ordusudur. Qarabağ bizimdir, indi də ruslar gəlib bir hissədə oturublar. Rus-Türk monitorinq mərkəzinə gəlincə, orda olan 30-40 türk əsgərinə imkan vermirlər çərçivədən çıxsınlar. Ermənilər istədiyi vaxt sərhədi keçib, istədiyi vaxt gəlirlər, öz torpaqları kimi hərəkət edirlər. Bizim yendən hərəkətə keçməyimiz lazımdır. Ermənilər müharibəyə hazırlaşırlar. Əgər biz bu gün gedib aldığımız torpaqlarda  məskunlaşa bilmiriksə, öz ölülərmizi ana torpaqda basdıra bilmiriksə, biz bu barədə bir daha düşünməliyik. Azərbaycan hakimiyyətində olan məmurlar eyforiyadadırlar. Bu nazirlərin uşaqları məktəbə əsgərlə gedib-gəlirsə, biz Qarabağda nəyi qoruya biləcəyik. Bu baxımdan biz birinci ermənilərin Azərbaycandan çıxarılmasına başlamalıyıq. Həm hakimiyyət daxilində olan, həm hərbidə, həm Qarabağda olan ermənilərin çıxarılması məsələsini ortaya qoymalıyıq. Axıra qədər torpaqlarımızı işğalçılardan azad etməliyik.

Bizə məlumatlar çatır ki, Şuşa ətrafında çoxlu ermənilər yaşayır, havaya atəş açırlar. İnterpola verilən ermənilər gəlib Şuşada məskunlaşmağa başlayıblar. Belə çıxır ki, bizim hərbçilərimiz, sərhədçilərimiz orda yoxdur. Bəs hardadır?! Müxtəlif şaiələr dolaşır və bu da insanları ruhdan salır. Bu nə vaxta qədər davam edəcək?!

 

“Nəcməddin Sadıqovlar pərdə arxasında o ordunu yenə idarə edirsə...”

 

- 10 noyabr bəyannaməsinə əsasən sülhməramlıların missiyasına həm də qaçqın və məcburi köçkünlərin geriyə qaytarılması məsələsi daxildir. O da məlumdur ki, sülhməramlılar yalnız erməni etniklərini qorudu, köçürdü, onlara evlər tikdi, hətta qazanlara qədər payladı. Öz evindən qaçqın salınan torpağın sahibi olan azərbaycanlı qaçqınların isə öz yurdlarına qaytarılması, onlara evlər tikilməsi, yadımlar edilməsindən söz etmirlər. Bu ikili, yanlış yanaşma ilə bağlı sülhməramlı missiyanın qarşısında hansı məsələ qaldırılmalıdır?

 

- Sülhməramlılar, ümumiyyətlə Azərbaycandan təcili çıxarılmalıdır. Onlar öz missiyalarını yerinə yetirə bilmirlər. Onlar erməni terrorçularının mühafizəsi, erməni qoşunlarının Azərbaycanda yerləşdirilməsi ilə məşğul olurlar.  Sülhməramlılar ərazilərimizə gələndən sonra 10 noyabr bəyannaməsində nəzərdə tutulan hansı tələbləri yerinə yetirib?! Təkcə 7 ay müddətində minaya düşmə nəticsində nə qədər mülki  və hərbi şəxslərimiz həlak olub. Tez-tez erməni diversantlarının təxribatları ilə üz-üzə qalırıq. Son Kəlbəcərdə baş verən terror və 2-si jurnaılist olmaqla 3 mülki şəxsin həlak olmasını kimin ayağına yazmalıyıq? Demək, Rusiya sülhməramlıları vəziyyəti stabilləşdirmək əvəzinə daha da gərginləşdirirlər. 44 günlük vətən müharibəsi ilə müqayisədə indi daha çox itki verməkdəyik. Sülhmərəmlıların rəhbərliyi ilə Qarabağda heç bir sabitliyə nail olmamaqla yanaşı, suverenliyimiz də məhdudlaşıb. Ona görə də birinci təcili Qarabağda olan erməniləri və hakimiyyətdə olan erməniləri qabağa salmaq lazımdır ki, getsinlər canları çıxsın minalanmış yerlərdən birinci onlar keçsinlər. O məmurları Bakıda rüşvət yığmaq, villalar tikmək, xalqın cibinə girməkdən çəkindirmək üçün birirnci buna nail olmalıyıq.

Digər tərəfdən, bizim məcburi köçkünlərimiz geri qayıtmaq üçün təşəbbüs göstərməlidirlər. Amma nədənsə susurlar. Bizim də başımıza qapaz vururlar ki, sakit durun. Nə qədər ki, rus ordusu Qarabağdadır, orda təhlükə qalacaq və tam toraqlarımıza sahib ola biləməyəcəyik.

Digər tərəfdən, Nəcməddin Sadıqovlar pərdə arxasında o ordunu yenə idarə edirsə, vay bizim Azərbaycan xalqının halına.  Görünür biz yaxın günlərdə çox ciddi proseslərə satart verməli olacağıq. Nə qədər ki, Azərbaycan xalqı taleyinə biganədir, ruslar yenidən onun torpaqlarını zəbt edir və istədiyi vaxt istədiyi yerdə minalar basdırıb, yollarımızı bağlayırlar və biz ağzımıza su alıb oturacağıq, bundan da pis hadisələri gözləyək. Nə qədər ki, biz birlikdə hərəkət eləmirik, vəziyyət yaxşı olmayacaq. Xalqla Ali Baş Komandan birgə olmalıdır. Ətrafındakı məmurları təcrid eləməlidir. Hökumət Parlamentdə təyin edilmiş o erməni mənşəli deputatları buraxmalıdır. Hökumətdə kardinal dəyişikliklər olmalıdır. Azərbaycan hərb sistemi Türkiyənin hərbi standartlarına uyğunlaşdırılmalıdır və Türkiyənin burda bazaları yaradılmalıdır.

Bu gün hərə bir nağıl danışır. Görək Ermənistanda seçkilər qurtarandan sonra nə olacaq. Xocalı soyqırımını törədən Köçəryan hakimiyyətə qayıtsa, artıq vətən müharibəsinə yenidən başlamalı olacağıq. Amma biz buna hazırıqmı?! Tərtərdə bizim hərbçilərə verilən işgəncə, hesab eirəm ki, ikinci bir soyqırımıdır. Bu gün Vətən müharibəsində həlak olan şəhidlərin ailələri öz evindən çıxarılırsa, polis qazini döyüb, “sən niyə gedib o torpaqda canını qoyurdun ki” deyirsə, vay bizim halımıza. Bu cür hərəkətlərlə əhali arasında ruh düşkünlüyü yaradırlar ki, bundan sonra heç kim gedib qazi, şəhid olmasın. Ona görə Ali Baş Komandandan xahişim ondan ibarətdir ki, özü yenidən o dəmir yumruğu işə salsın. Yenidən bütün siyasi partiyalarla məsləhətləşmələrə başlanılsın. Biz siyasi partiyalar istənilən anda istər insan resursları, istər başqa aspektlərdə Ali Baş Komandanın yanında olub torpaqlarımızı axıra qədər işğaldan azad etməyə hazırıq. Bu problemi gələcək nəslə qoymaq olmaz. Vəziyyətin gərginliyi onu göstərir ki, biz müharibəni qurtarmamışıq.

 

“Çalışırlar ki, Azərbaycan bunlar üçün “yun çubuğu” olsun”

 

- Belə fikirlər var ki, ermənilərin bizə qarşı törətdiyi soyqırımlara, terrorlara sadəcə təəssüf eləyib keçən Avropa Birliyi, Qərbin bəzi təsisatları regiona yenidən dönüş etmək üçün hətta ölkə daxilində də bizə qarşı işlər aparırlar. Bu məsələ nə dərəcədə müşahidə olunur və təhlükəlidir?

 

- Azərbaycana qarşı öz təzyiqlərini, təsirlərini göstərmək istəyən güclər, adını çəkdiyiniz-çəkmədiyiniz təsisatlar həmişə olub və bu gün də var. Biz bunu Vətən Müharibəsi ərəfəsində həmin təşkilatlarda təmsil olunan dövlətlərin media orqanlarından Ali Baş Komandana ünvanlanan qərəzli, qıcıq doğuran suallar əsasında da görüdük. Onu da gördük ki, Ali Baş Komandan onların cavabını layiqincə verdi və Azərbaycanın mesajlarını, öz torpağına sahib çıxacağını dünyaya bir daha bəyan elədi. ATƏT-in Minsk Qrupu dövlətlərinin Azərbaycanda Prezidentlə görüşəndə Prezidentin onlara dediyi “mən sizi dəvət eləməmişəm” sözləri hər kəsin yadındadır. Bu, Minsk Qrupuna yüksək səviyyyədə münasibətin necə olduğunu göstərir. Digər tərəfdən, biz Makronun Azərbaycan sərhədində erməni terrorçularının törətdikləri təxribatlara rəğmən Ermənistanı dəstəkləyən, haqsız bəyanatlarını görürük. Bu həmin o dövlətin başçısıdır ki, guya regionda vəziyyəti stabilləşdirmək üçün hər an Azərbaycana dəstək olmağa hazır olduğunu deyir. Makron kimdir ki, gəlib mənim ölkəmin problemini həll etsin. Makron gedib öz ölkəsinə rəhbrlik eləsin. Ona görə də biz güclənməsək, bu dövlətlər çalışacaqlar ki, Azərbaycanı əlaltı bir dövlətə çevirsinlər. O cümlədən, Rusiya, Amerika, Fransa kimi dövlətlər çalışırlar ki, Azərbaycan bunlar üçün “yun çubuğu” olsun.  Rusiyanın da Azərbaycanda istər hakimiyyətdə, istər parlamentdə adamları var. Ona görə də biz bu gün yalnız özümüzə güvənməliyik. Bu dövlətlərin bizə ağıl verməsinə ehtiyacımız yoxdur. 30 il Minsk Qrupunun həmsədrləri gəlib Qarabağda neylədilər ki?! Heç nə, gəlib milyonlarımızı portfellərinə doldurub apardılar. Onların bir məqsədi var - qayıtsınlar, Dağlıq Qarabağ məsələsini gündəmə gətirib, status məsələsini həll eləsinlər. Rusiyanın işğalçı ordusu da orda qalmaqdan ötrü bütün vasitələrə əl atır. Bunların havasına züy tutanlar da var. Azərbaycan hakimiyyətində elələri var ki, Rusiya ilə məsləhətləşməmiş addım atmırlar.

Biz öz torpağımıza sahib çıxmasaq, qəti addımlar atmasaq vəziyyət bu günkündın də pis olacaq. Xarici dövlətin xoş sözünə inanmaq lazım deyil. Bizim bir arxamz var, o da Türkiyə və Pakistandır. Biz Türkiyə ilə əlaqələrimizi daha da genişləndirməliyik və regionda daha sıx yerləşməsi üçün imkanlar yaratmalıyıq. Amma nə qədər ki, burda Rusiyanın emissarları var, nə qədər ki, rayonlarda qazilərimizin, pensiyaçıların qənimi olan məmurlar var, nə qədər ki, icra hakimiyyətləri at oynadır, məhkəmə strukturları pis gündədir, vəziyyət gərgin olaraq qalacaq. Biz təcili şəkildə toparlanmalıyıq. Heç bir xarici ölkə Qarabağa sahiblik edə bilməz. Bu gün bir-iki rayonda erməni silahlıları qalıb. Biz qətiyyətli addımlar ataraq onları da sərhədlərimizdən qovmalıyıq.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir