Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

10:53 09-06-2021 | icon 452 | Sağlamlıq
Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

Nərminə Abbasova: “Klinikamızda mütəxəsis həkimlər pasientlərə yüksək səviyyədə xidmət göstərirlər”

 

Körpücük sümüyü insan bədənində ossifikasiya olunan ilk sümükdür. Bu sümük bədən ilə yuxarı ətrafı birləşdirən yeganə sümükdür. Körpücük sümüyünün sınığı çiyinə tətbiq olunan təzyiq və ya travma nəticəsində formalaşır.

 

Mövzuyla əlaqədar Versus.Az-a danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, bu sınıqlar çox geniş yayılıb və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Nərminə xanım vurğuladı ki, Klinikalarında mütəxəsis həkimlər var və pasientlərə yüksək səviyyədə xidmət göstərirlər. Həkim-terapevt onu da qeyd etdi ki, ümumiyyətlə, travmalardan və digər səbəblərdən sonra yaranmış xəstəliklərin reablitasiya və fizoteraoiya ilə müalicəsi MayoMed Klinikasında yüksək səviyyədə aparılır.

 

Oxucularımızı məlumatlandıran həkim-terapevt qeyd edib ki, travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2.6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə rast gəlinir:

 

“Körpücük sümüyü sınıqlarının üçdə biri 13-20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2.8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir. Körpücük sümüyü insan bədənində ossifikasiya olunan ilk sümükdür. Bu sümük bədən ilə yuxarı ətrafı birləşdirən yeganə sümükdür”.

 

Nərminə həkim deyir ki, ağrı xəstələr tərəfindən adətən yaxşı lokalizasiya edilir və qolun hərəkəti zamanı daha da pisləşir. Onun sözlərinə görə, xəstələr bəzən sınıq zamanı şaqqıltı səsini eşitmiş olduğunu bildirir. Habelə fiziki müayinə zamanı sınıq üzərində yumşaq toxumanın şişkinliyi də müəyyən edilir:

 

“Körpücük sümüyünün dəriyə çox yaxın yerləşməsi fiziki müayinədə hematoma, bir çox hallarda ekximozla yanaşı sümüklərin yerdəyişməsi səbəbindən dərinin qabarması müəyyən edilir. Palpasiya zamanı sınıq üzərində xüsusi həssaslıq sahəsi müəyyən edilir. Eyni zamanda, körpücük sümüyünə təzyiq etdikdə bir çox hallarda krepitasiya və ya sümük fraqmentinin hiss edilən hərəkəti müşahidə edilə bilər. Körpücük sümüyü sınıqlarında mütləq şəkildə neyrovaskulyar müayinə və sınıq tərəfdə ağ ciyərin müayinəsi də aparılmalıdır. Güclü qüvvə təsirindan baş verən travmalarda körpücük sümüyünün sınığı ilə yanaşı kürək sümüyü, qabırğa sınıqları, habelə hemotoraks, pnevmotoraks və braxial kələfin zədələnmələri də müşahidə edilə bilər”.

 

Həkim-terapevt bildirdi ki, ümumiyyətlə, körpücük sümüyünün orta 1/3 hissəsinin sınığını müayinə etmək üçün yalnız ön-arxa rentgen filmi kifayətdir. Sınmış sümük fraqmentlərinin yerdəyişməsi əsasən vertikal ox üzrə baş verir:

 

“Əgər ön-arxa filmdə sümüyün sınığı görsənmirsə, lakin kliniki müayinədə sınığın mövcudluğu ehtimalı yüksəkdirsə, bu zaman xəstənin 45 dərəcə əyilməsi ilə körpücük sümüyünün rentgen filmi təkrar çəkilə bilər.

Kürək sümüyünün qlenoid boğaz sınığı xüsusu əhəmiyyətə malikdir. Belə ki, eyni tərəfli Körpücük sümüyü və qlenoid boğaz sınığı nəticəsində gövdə ilə yuxarı ətraf arasında stabil sümükdən ibarət davamlılıq pozulmuş olur və "sərbəst üzən" çiyin müşahidə edilir. Bu cür qeyri-stabil zədələnmə təcili ortopedik müayinə tələb edir. Aparılan tədqiqatlardan əldə olunmuş ilkin məlumata görə, körpücük sümüyü sınıqları ultrasəs müayinəsi ilə uğurla müəyyən edilə bilər”.

 

Nərminə xanım deyir ki, əksər hallarda Körpücük sümüyü sınığı ilə müraciət edən xəstələr ilkin olaraq təcili tibbi yardım stansiyasında müayinə edilir. Açıq sınıq müəyyən olunduqda, xəstənin təcili olaraq ortopedik cərrah tərəfindən müayinəsi tələb olunur:

 

“Eyni ilə neyri-vaskulyar zədələnməyə şübhə olduqda, habelə sınıq üzərində olan dərinin dartınması hallarında təcili ortopedik müayinəyə ehtiyac yaranır. Dərinin tamlığının pozulması hallarında açıq sınığın olması ehtimalı yüksək olar. Nəzərə almaq lazımdır ki, Körpücük sümüyünün açıq sınığında sümük fraqmentlərinin dəridən çölə çıxması heç də həmişə baş vermir. Belə ki, bəzi hallarda sümük fraqmentləri əzələ və ya bağların dartılması nəticəsində geriyə içəriyə retraksiya olunmuş olur. Bu cür hallarda sadə inspeksiya ilə sınığın açıq olub olmadığı müəyyən olunmaya da bilər.

Eyni zamanda, Körpücük sümüyünün sınığı ilə daxil olmuş xəstədə respirator çatışmazlıq və ya hemodinamikanın qeyri-stabil olduğu müəyyən edilərsə, bu zaman torakal və ya digər ətraf orqanların zədələnməsinə şübhə artmış olur”.

 

Körpücüyün orta 13 hissəsinin sınıqlarında ciddi ağırlaşmaların nadir hallarda müşahidə edildiyini qeyd edən həkim-terapevt vurğuladı ki, xəstənin ilkin təqdimatında və ya sınığın bərpasından sonra neyrovaskulyar ağırlaşmalar, o cümlədən körpücükaltı arteriya və ya venanın kompressiyası, döş aperturasının sıxılması və braxial sinir kələfinin zədələnməsi çox nadir hallarda baş verir:

 

“Sümük sınıqlarının düzgün bitişməməsi daha çox müşahidə edilir və sümüyün qısalması və ya kobud kosmetik nəticə ilə müşahidə edilir. Lakin hətta düzgün bitişməmə hallarında xəstələrin çoxu funksiya baxımından əziyyət çəkmir. Amma bəzi hallarda düzgün bitişməmə funksional və ya nevroloji problemlərə səbəb olur. Bu daha çox 2 sm-dən çox qısalma baş verdikdə müəyyən edilir. Həmin hallarda cərrahi müdaxilə simptomların aradan qaldırılması və ya xeyli yaxşılaşmasına yardım etmiş olur”.

 

Klinika və fiziki müayinədən bəhs edən həkim bildirdi ki, körpücüyün proksimal (medial) 1/3 hissəsinin kəskin və stres səbəbindən sınıqları baş verə bilər. Onun sözlərinə görə, proksimal sınıqların az hallarda baş verməsinə baxmayaraq, onlar daha çox ciddi zədələnmələrlə nəticələnə bilər.

Nərminə xanım onu da qeyd etdi ki, Körpücüyün stress səbəbindən baş vermiş yərdəyişməsiz sınıqlarının müalicəsi konservativ yolla aparılır. Bu məqsədlə buz, analgetiklər və çiyindən asma sarğı istifadə edilə blər.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Körpücük sümüyü sınığından əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb