Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

14:40 09-06-2021 | icon 629 | Siyasət
Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Teymur Alıyev: “Hökümət də, Parlament də təcili istefaya getməlidir”

 

Məmur özbaşınalığından daim yazılıb, ölkə Prezidenti dəfələrlə məmurlara xəbərdarlıq edib, bu gün görünən isə odur ki, hətta Prezidentin də tapşırıqlarına məhəl qoyulmur. Artıq millət vəkilləri də məmur saymazlığından hiddətlənərək, Milli Məclisdən onlara mesajlar verməyə başlayıblar.

 

Versus.Az xəbər verir ki, daha çox sosial şəbəkələrdə tənqid olunan məmurlar haqqında fikirlər səslənməkə yanaşı, özbaşınalıqlara etinasız yanaşan ictimai xadimlər də qınanılır. Qınayan şəxslərdən biri də Hafiz Hacıyevin partiyasının fəalı Teymur Alıyevdir.

 

O, şəxsi “facebook” hesabında səlahiyyətlərini yerinə yetirə bilməyən deputatları da, məmurları da şiddətli tənqid edib:

 

“Parlamentin bir deputatı qız oğurluğunda ittiham olunur, digəri oğurluğu müdafiə edir. Maliyyə naziri mədəniyyət nazirliyini çox vəsait yeməkdə ittiham edir, ancaq Mədəniyyət naziri güc strukturlarının cavab verməli olduğu məsələyə reaksiya verir. Bir sözlə, ala başına-kül başına işləyən patlamentin, hökümətin rəhbərlik etdiyi bir ölkədə yaşayırıq. Cənab Prezidentin fəaliyyətinə baxırsan, bir də çönüb bu ünsürlərə baxrsan, tamamilə zidd proseslərdir. Xalqın malını oğurlayanlar, dövlətin əmlakını talayanlar bu xalqa rəhbərlik edə bilməzlər! Belələri heç öz ailələrini idarə edə bilmir, o da qaldı rəhbərlik etdikləri qurumları idarə edələr”.

 

T.Alıyev bir gənc kimi Parlamentin tərkibindən də tam razı qalmadığını vurğulayıb. Bildirib ki, hansı deputat hansı komandadırsa, o komandanı da müdafiə edir, xalqın probrmləri isə çözülməmiş qalır:

 

“Lap biabırçılıqdır. Bəsdirin xalqa, dövlətə bu qədər ləkə gətirdiniz. Sizlərin ucbatından xalqla Prezident arasında uçurum yaranıb artıq. Hökümət də, Parlament də təcili olaraq istefaya getməlidir. Xalqın seçdiyi insanlar xalqı qanunverici hakimiyyətdə təmsil etməlidir. Açıq-aşkar məhkəmə hakimiyyətindan narazılıqlar var. Çünki hamısı rüşvətin içində boğulur. Qanunlar ancaq kasıblar üçündürmü? Varlılar, məmular və onların harınlamış övladları istədiklərini edə bilər?! Bu özbaşınalıqlara son verilmədikcə, harınlamış məmurlar cəzasız qaldıqca, ölkədə narazılıqlar bitməyəcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb