"Ermənistan münaqişəni davam etdirir"

13:00 10-06-2021 | icon 200 | Müharibə
"Ermənistan münaqişəni davam etdirir"

Məhəmməd Əsədullazadə: "Sərhədi keçən ermənilərə silah tətbiq etmək lazımdır"

 

“Jurnalistlərin şəhid olması artıq Ermənistan hərbçilərinin sərhəddə təxribatlarına qarşı ciddi tədbirlər görməyi tələb edir. Sərhədi keçən ermənilərə silah tətbiq etmək lazımdır. Dövlət sərhədin pozulmasının qarşısını alsa və onlara qarşı qətiyyətli tədbirlər görsə, ermənilər buna getməyə cürət etməyəcəklər".

 

Versus.Az xəbər verir ki, bunu Kəlbəcərdə törədilən son hadisəylə bağlı açıqlamasında MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq qeyd edib ki, Ermənistanın Kəlbəcərdə təminat yolunu minalaması bu ölkə tərəfindən münaqişənin davam etdirildiyini göstərir. Onun sözlərinə görə, minaların basdırılması porsesi bu ölkə tərəfindən bundan sonra da həyata keçiriləcək:

 

"Azərbaycan buna cavab olaraq Gorus-Qafan yolunu bağlamalıdır. Qafandan Gorusa yol Qubadlıdan keçir. Laçın dəhlizinə əlimiz çatmır. Həm də Qarabağda ermənilərin yaşadığı ərazilərdən keçməyimizə Ermənistan qarışa bilməz. Bu, Azərbaycanın öz daxili problemidir. Azərbaycan tərəfi təhlükəsizlik tədbirlərini gücləndirməli, Kəlbəcərə cavabdeh olan komandir heyətini cəzalandırmalıdır. Onların səriştəsizliyindən erməni diversantlar istifadə edir".

 

MCP sədr müavini hesab edir ki, Cinayətkarlar sərhəd məsələsindən istifadə edərək Paşinyana təzyiq edən Ermənistan ordusunda Qarabağ klanına yaxın generallardır:

 

"Paşinyan ordudan Qarabağ klanına məxsus generalları təmizləməyincə, Azərbaycanla bu kimi qarşıdurma davam edəcək. Ümumiyyətlə, görünüdüyü kimi, Ermənistan dinc yaşayışda maraqlı deyil. Paşinyan sabah hakimiyyətdə olmaya bilər. Bu ölkə forpostdu və ermənilərlə sülh müqaviləsi, barışıq mümkün deyil. Ermənilərlə sülhə və barışığa yox, müharibəyə hazır olmalıyıq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir