"Laçın dəhlizi sərhəd qoşunlarımızın nəzarətinə keçirilməlidir"

12:00 10-06-2021 | icon 169 | Siyasət
"Laçın dəhlizi sərhəd qoşunlarımızın nəzarətinə keçirilməlidir"

Fuad Əliyev: "Dərhal Laçın dəhlizini bağlayıb, antiterror əməliyyatlara başlamalı idik"

 

Məlumdur ki, bu gün Laçın dəhlizi ermənilərin Azərbaycana rahat gediş-gəlişi üçün çox münbit bir yol kimi saxlanır. 10 noyabr bəyannaməsində yer alan ən sadə məsələlər - minalanmış sahələrin xəritəsinin Azərbaycana verilməsi, silahlı ermənilərin ərazidən çıxarılması, Rusiya sülhməramlılarının öz işini düzgün icra etməsi baş vermirsə, nə etməliyik? Niyə Azərbaycan öz sərhəddi düşmən dövlətə açıq saxlanmalıdır? Belə olduğu təqdirdə ictimaiyyət hansı addımların atılmasını təklif edir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib ki, Laçın dəhlizi bizim sərhəd qoşunların nəzarəti altına keçirilməlidir.

 

ALDP sədri hesab edir ki, jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olmasından sonra Azərbaycan hakimiyyəti dərhal Laçında dəhlizi bağlamalı və antiterror əməliyyatlara başlanmalı idi:

 

"Antiterror əməliyyatları təkcə Kəlbəcərdə yox, bütövlükdə hazırda rus sülhməramlılarının nəzarəti altında qalan ərazilərdə də keçirilməli idi. Hesab edirəm ki, bundan sonra Rusiya sülhməramlılarının burda qalması məsələsi qaldırılmalıdır. Necə ola bilər ki, erməni əsgərləri sərhədi keçib torpaqlarımızı minalayıblar. Ona görə bu çox ciddi məsələdir. Təcili olaraq Ermənistanla sərhədlərin möhkəmləndirilməsi məsələsi qaldırılmalı, bu istiqamətdə işlər görülməlidir. Ən vacib məsələ odur ki, Laçın dəhlizi bizim sərhəd qoşunların nəzarəti altına keçirilməlidir. Görürük ki, bizim müvafiq orqanlar və digər ölkələrdən gələn təşkilatlar minaları təmizləyir, erməni separatçıları, terrorçuları isə çox rahat şəkildə sərhədi keçib, yaxud Xankəndində qalan 1-2 erməni quldur dəstələri ərazilərimizdə yeni minalar basdırırlar".

 

Fuad Əliyev vurğuladı ki, belə çıxır ki, minaları təmizləyəndən sonra da vətəndaşlarımızın ora qayıtması təhlükəlidir:

 

"Çünki heç kəs zəmanət vermir ki, təmizlənən yerlərdə yenidən minalar basdırılmayıb. Ona görə də hesab edirəm ki, burda iki məsələ qaldırılmalıdır - Birincisi, Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxması,  ikincisisi, Laçın dəhlizinin bağlanması və antiterror əməliyyatlara başlanılması. Bu məsələlər yaxın günlərdə həyata keçirilməlidir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir