"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

14:48 10-06-2021 | icon 407 | Müharibə
"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

Fikrət Sadıqov: "Ermənilərin başını sığallayır, vəziyyəti malalayırlar"

 

“Biz Minsk Qrupunun həmsədr dövətləri ilə daha sərt şəkildə danışmalı, daha sərt addımlar atmalıyıq”.

 

Versus.Az xəbər verir ki, bunu beynəlxalq təşkilatların Kəlbəcərdə baş verən son hadisənin üzərindən sükutla keçməsinə münasibət bildirən politoloq Fikrət Sadıqov bildirib.

 

Politoloq təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq təşkilatların sədrləri, nümayəndələri, aparıcı dövlətlərin dövlət xadimləri minaya düşən Azərbaycan jurnalistləri ilə bağlı başsağlığı verməklə kifayətləndi:

 

"Amma minanı kim basdırıb, günahkar kimdir, bu barədə heç nə demədilər. Gördüyümüz kimi, ermənilərin başını sığallayır, vəziyyəti malalayırlar. Belə olan şəkildə təbii ki, məsələ yenə mürəkkəbləşir. Biz Minsk Qrupunun həmsədr dövlətləri olan Rusiya, Fransa, Amerika ilə daha sərt şəkildə danışmalı, daha sərt addımlar atmalıyıq. Bizim diplomatik addımlarımız daha hücumedici olmalıdır".

 

F.Sadıqov bu gün Ermənistandan səslənən sərsəm bəyanatlara da toxunub:

 

"Təlxək bəyanatlar verən Paşinyan öz oğlunu bizdə əsirlikdə olan ermənilərə dəyişmək istəyir. Amma bizə nə onun oğlu, nə də digər ailə üzvləri lazım deyil. Biz diversiya ilə mübarizə aparırıq və terrorizmə qarşı bundan sonra da sərt mübarizəmizi aparmalıyıq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb