"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

18:43 10-06-2021 | icon 375 | Qarabağ
"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Şair Ramaldanov: “Ermənilər beynəlxalq tələblərə hörmətsizlik nümayiş etdirirlər”

 

Azərbaycan Silahlı qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və xalqın birliyi nəticəsində Şanlı ordumuz işğalçı qüvvələri darmadağın etdi, ərazi bütövlüyümüz bərpa olundu. Nəticədə 10 noyabr bəyannaməsi ortaya çıxdı. Artıq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatın tələblərinin həyata keçirilməsi zərurəti gündəmdədir. Mən deyərdim ki, 10 noyabr bəyannaməsində nəzərdə tutulan bütün müddüəlar yerinə yetirilməkdədir. Bununla bağlı Azərbaycan Prezidenti dəfələrlə öz fikrini söyləyib. Cənab Prezident Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirməsini məqbul sayır və onlar 5 il ərzində qarşıda qoyulan məsələlərə nail olmalıdırlar".

 

Bunu versus.Az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

 

Ekspert vurğulayıb ki, hazırda bu istiqamətdə böyük bir problem görünmür:

 

"Bilirsiz ki, monitorinq qrupu yaradılıb və orda qardaş Türkiyənin nümayəndələri iştirak edir. Monitorinq qrupu sülhün bərqərar olunmasına nəzarət etmək üçün yaradılan bir qurumdur. Və qurumun fəaliyyəti nəticəsində 10 noyabr bəyanaməsinin tələblərini pozan vəziyyət yoxdur. 

10 noyabr bəyannaməsində minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur. Ümumən xəritələrin verilməsi beynəlxalq konvensiyanın tələblərinə uyğun qəbul olunmuş bir qərardır. Münaqişə zonasında olan və yaxud  müharibədən sonra hər iki tərəf yerləşdirilən mina sahələrini təmizləyib təhvil verməlidir. Təbii ki, mina sahələri varsa, xəritələr də olmalıdır. Hazırda söhbət həmin xəritələrdən gedir ki, Azərbaycana təqdim olunsun. Ona görə də düşünürəm ki, ermənilər bu addımları ilə bir daha beynəlxalq tələblərə hörmətsizlik nümayiş etdirirlər. Biz ermənilərin Azərbaycana qarşı düşmənçilik, revanşist niyyətindən çəkinmədiyini görürük. Eyni zamanda Azərbaycanın qələbəsindən və məğlubiyyətdən özünə gələ bilməyən Ermənistan hal-hazırda demək olar ki, hakimiyyətsizlik mərhələsinə gəlib çatıb. Orda başda Paşinyan olmaqla hamının başı seçki marafonuna qarışıb. Hakimiyyətdə olanlar hakimiyyətdə qalmaq, müxalif qüvvələr isə hakimiyyəti ələ almaq üçün hər şeyə əl atırlar. Ermənistanda sosial, iqtisadi vəziyyət çox acınacaqlıdır, dövlət qurumlarının idarəçilik qabiliyyətləri çox aşağı səviyyədədir. Belə bir vəziyyətdə müxalif, xaricdən idara olunan qruplar siyasi dvidentlər qazanmaq üçün öz hədəflərini məhz Azərbaycana yönəldiblər. Onlar cəmiyyəti qorxu altında saxlamaq istəyir, revanşist ideyalarla çıxış edirlər. Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə təhlükə kimi təqdim edirlər. Bu savadsız cəmiyyəti, daxili auditoriyanı saxlamağa yönələn yalançı fikirlərdir.

Təbii ki, biz sərhəddə müəyyən bir gərginliyin olmasını müşahidə edirik. Bütün bunları təbii hal kimi qəbul etmək olar. Çünki post-müharibə dövrü və Ermənistanın hakimiyyətsizlik dövrüdür. Əlbəttə seçkiqabağı bir mühitdə bu amillərin olması istisna olunmurdu. Biz prinsipcə buna hazır idik deyə, bütün təxribatların qarşısını ala bilirik".

 

O ki qaldı Laçın dəhlizinə, Ş.Ramaldanov bildirdi ki, əlbəttə ki, nəzarətsiz deyil. Onun sözlərinə görə, orda monitorinq qrupu iştirak edir:

 

"O nəzarət məhz Rusiya sülhməramlı qüvvələrin missiyasına daxildir. O dəhliz ona görə saxlanılıb ki, orda yaşayan ermənilərin Ermənistanda yaşayan ermənilərlə əlaqəsi kəsilməsin. Bu da razılaşdırılmış bir addımdır. Hələ ki, Ermənistanda olan bu vəziyyət müəyyən bir şəkildə Azərbaycan ərazisində yaşayan və Rusiya sülhmramlı qüvvələrin nəzarəti altında olan ərazilərdə yaşayan ermənilərə təsir edir. Sülhməramlılar hələ ki, qarşıya qoyulan vəzifələri yerinə yetirirlər. Onlara şamil olunmuş ərazilərdə təhlükəsizliyi qoruya bilirlər. Onların missiyası 5 il müddətinə nəzərdə tutulub. Ancaq hələ ki, 8 ay keçib və bu müddət ərzində demək olar ki, prosesləri məqbul saymaq olar. Əlbəttə ki, bu, Azərbaycan dövlət qurumlarının, güc strukturlarının vəziyyəti nəzarətdə saxlamağının, Rusiya sülhməramlı qüvvələri, monitorinq qrupu ilə düzgün işin qurulması ilə bağlıdır.  Burda Prezidentin beynəlxalq arenada artan nüfuzunu və Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını da qeyd etmək olar. Ona görə də hansısa dəhlizi bağlamağa ehtiyac olarsa, dövlət başçısı öz münasibətini bildirəcək. Deyərdim proses gözlənilən şəkildə inkişaf edir. Mənə belə gəlir ki, xəritələr verilənə qədər Azərbaycan öz gücünə mina sahələrini təmizləməyə nail olacaq. Ermənilər müəyyən bir şəkildə döyüşlər getməyən ərazilərdə Kəlbəcər və Laçında xaotik minalar yerləşdirib. Bunun nəticəsində jurnmalist həmkarlarımız, digər mülki vətəndaşları itirdik. Erməni hərbçisi 17 maşın minanın ərazilərdə yerləşdirildiyini etiraf edir. Bütün məsələlər gec-tez həllini tapacaq. Sərhdboyu bütün ərazilər Azərbaycan güc strukturlarının, sərhəd xidmətinin bölmələri, qoşunları, Müdafiə Nazirliyinin hərbi birləşmələrinin qoşunlarının nəzarəti altndadır. Düşünürəm ki, 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi ilə bağlı konkret işləri seçkidən sonra görəcəyik. Ona görə də hər bir hala hazır olmalıyıq. Ermənistanın elə bir gücü yoxdur ki, Azərbaycana qarşı güc tətbiq etsin. Azərbaycanın öz sərhədlərini qoruya biləcək gücü də var, iradəsi də var.

Sərhəddə bəzi dəqiqləşdirmələr gedir, komissiya yaranır. Düşünürəm ki, biz bu mərhələdən də keçməli olacağıq. Hazırda dövlət qurumları tərəfindən bütün addımlar atılır, proses nəzarət altlndadır. Əlbəttə, qonşumuz olan Ermənistanda Azərbaycana qarşı düşmənçilik yüksək vəziyyətdədir və bunu nəzərə alıb tədbirlərimizi görür və vəziyyətə nəzarət edirik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb