"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

18:53 10-06-2021 | icon 383 | Qarabağ
"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

Rauf Zeyni: “Tələb edirik ki, sülhməramlılar mandatlarından düzgün istifadə etsinlər”

 

"Azərbaycan bütün istiqamətlərdə tədbirlərini gücləndirməlidir. Biz şərəfsiz düşmənlə üz-üzəyik. Biz hansı ərazidə diqqətsiz olsaq, düşmən ora mina basdıra bilər. Çünki ermənilər öz şərəfsizliyindən əl çəkmirlər. Biz ordu, sərhəd, ictimai təhlükəsizliyin qorunması sahəsində sayıqlığımızı gücləndirməliyik. Dövlət, ANAMA səviyyəsində ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər görülür. Amma bunlar azdır. Biz vətəndaşlarımızı maarifləndirməliyik. İnsanlarımız gedib vətəni, kəndi görmək istəyərkən minaya düşürlər. Kəlbəcərdə baş verən son hadisə isə tamamilə başqa mətləblərdən xəbər verir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib.

 

O, bildirib ki, bütün beynəlxalq təşkilatlara etiralarımızı, bəyanatlarımızı verməliyik, dünyanın diqqətini bura cəlb eləməliyik:

 

"Biz minalanmış zonaların xəritələrinin alınıb Azərbaycana verilməsini təmin eləməliyik. Bu sitiqamətdə işlər görülsə də, biz müvafiq işləri görməliyik ki, hər hansı bir faciəli hadisə ilə üz-üzə qalmayaq. Bu gün sülhməramlıların öz missiyasını düşgün yerinə yetirməməsi ilə bağlı ictimaiyyət öz sərt mövqeyini ortaya qoyur. Sülhməramlılar öz mandatlarından kənara çıxamamalıdır. Erməni silahlılarına şərait yaratmamalıdır. Bu, 10 noyabr sazişinə ziddir. Biz tələb edirik ki, rus sülhməramlıları öz mandatından düzgün istifadə etsinlər. Azərbaycan hakimiyyəti isə nəzarəti gücləndirməliyik. Allaha şükür ki, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları azad etdi. Amma biz dəmir yumruğu zəiflətməməliyik. Biz Azərbaycan olaraq sona qədər dəmir yumruq olmalıyıq, dəmir yumruğu möhkəm tutmalıyıq. Hamı səfərbər olmalıdır ki, düşmən bu gücü görsün və kənara çəkilsin. Terrorçu xisləti belədir ki, harda zəif tərəf görür, zərbəni ordan vurur.  Sülhməramlı öz missiyasını düzgün yerinə yetirmirsə, Laçın dəhlizi qapanmalı və sərhəd gömrük postu ilə əvəzlənməlidir. Yaxud Azərbaycan sərhədçiləri də orda dayanmalıdır. Tərəflər şərtlərə əməl eləməlidirlər. Rusiya ilə Türkiyə sülhməramlılarının birgə müşahidə mərkəzindən təhlükəsizliyin düzgün yerinə yetirilməsi tələb olunmalıdır. Əgər bu müşahidə aparılırsa, o zaman necə kimlərsə sərhədi keçib diversiya törədirlər. Ona görə də bu məsələlər ciddi şəkildə qaldırılmalı, araşdırılmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb